Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yol polisi xəbərdarlıq etdi



Günün pik saatlarında paytaxtın Yusif Səfərov küçəsi, Babək və Heydər Əliyev prospektlərinin kəsişmə hissəsində yaranan sıxlığı və tıxacları aradan qaldırmaq üçün həmin ərazidə müəyyən hərəkət dəyişikliyi edilib


Bunu Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

Bölmə rəisi qeyd edib ki, əvvəllər Babək prospektindən metronun “Gənclik” stansiyası, Koroğlu Rəhimov, Təbriz, Dəmirçizadə, Xoyski küçələri istiqamətində getmək istəyən sürücülər birbaşa Heydər Əliyev prospektinə çıxıb “Excelsior” mehmanxanasının yanındakı yeraltı tuneldən keçərək Gülarə Qədirbəyova küçəsi ilə hərəkət edirdilər. Bu zaman isə istər-istəməz Yusif Səfərov küçəsi ilə hərəkət edən nəqliyyat vasitələri ilə qarşılaşır və yolda uzunmüddətli sıxlıq və tıxaclar yaşanır, narazılıq və narahatlıqlar baş verirdi.

Lakin V.Əsədovun sözlərinə görə, bundan sonra Babək prospektindən “Gənclik” tərəfə hərəkət edənlər “Exselsior”un yanındakı tunelə birbaşa girə bilməyəcəklər: “İndi qeyd edilən istiqamətə hərəkət etmək üçün sürücülər sağa dönmə əməliyyatı etmədən düzünə, qarşıdakı tunelə daxil olaraq Bakı şəhər Baş Polis İdarəsi istiqamətində hərəkət etməli, daha sonra İdarənin qarşısından geriyə dönməli və Yusif Səfərov küçəsi ilə hərəkət edərək “Excesior” mehmanxanası ilə üzbəüz yeraltı tuneldən keçməlidirlər. Bu məqsədlə sürücülər üçün müvafiq yol nişanları da quraşdırılıb. Ona görə də sürücülərdən diqqətli olmaları, quraşdırılmış yol nişanlarının tələblərinə əməl etmələri xahiş edilir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Ən çox oxunanalar