Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yol polisindən piyadalara qarşı sərt addım - Əmlaka həbs qoyulacaq

DİN Baş Dövlət Yol Polisi İdarəsi cərimələri vaxtında ödəməyən piyadalarla bağlı sərt addım atıb


Avtosfer.az xəbər verir ki, DYP yazılmış protokollar üzrə aylarla cərimə ödəməyən piyadalarla bağlı materialları aidiyyəti üzrə rayon məhkəmələrinə göndərib. 

Məhkəmələr tərəfindən həmin işlərə baxıldıqdan sonra icraçılar cərimələrin ödənilməsini təmin edəcəklər. Bunun üçün icra məmurları piyadaların yaşadığı ünvanlara gələcəklər. İlk növbədə cərimənin ödənilməsi tələb olunacaq. Bunu etməyən piyadanın hər hansı əmlakına həbs qoyulacaq. Ola bilər ki, cəriməni ödəməyən piyadanın mobil telefonu, hansısa qiymətli ev əşyası məhkəmə icraçıları tərəfindən müsadirə edilərək hərraca çıxarılsın.

Baş Dövlət Yol Polisi İdarəsindən piyadalarla bağlı materialların məhkəmələrə göndərilməsi xəbərini sayta təsdiq ediblər. Bildirilib ki, aparılan təhlillərə əsasən, illərlə cərimə ödəməyən piyadalar var. Hətta elələri var ki, il ərzində 6-7 dəfə qayda pozaraq cərimə olunsa da, cəriməni ödəməyib. Bütün bunları nəzərə alan DYP həmin şəxslərlə bağlı materialları məhkəmələrə göndərib. Gələcəkdə isə başqa addımların da atılacağı gözlənilir. Məsələn, cəriməni 3 aydan artıq ödəməyən piyada ölkəni tərk edə bilməyəcək. Cərimələr onların maaşından tutulacaq və ya banklardan kredit götürə bilməyəcəklər. Hazırda bu istiqamətdə müxtəlif mexanizmlər hazırlanır.

Qeyd edək ki, yol hərəkəti qaydalarını pozan piyadalara qarşı cərimə məbləği 20 manatdır. Bu cərimə 3 ay ərzində ödənilmədikdə üzərinə faiz hesablanır və 32 manat təşkil edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Ən çox oxunanalar