Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yol polisindən sürücülərə xəbərdarlıq



Təcrübə göstərir ki, Novruz bayramı ilə əlaqədar istirahət günləri bitən ərəfələrdə rayonlararası və şəhərlərarası yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyi və qəzaların baş vermə ehtimalı artır


Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

K.Əliyevin sözlərinə görə, Novruz bayramını qeyd etmək üçün bölgələrə və ya paytaxta səfər etmiş vətəndaşların istirahət günlərinin bitməsi ilə əlaqədar əsasən martın 27-si və 28-də geri qayıdacağı və bununla əlaqədar yollarda hərəkətin sıxlığının yaranacağı ehtimal olunur.

Şöbə rəisi bildirib ki, bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əhaliyə, xüsusən də sürücülərə müraciət edərək onlara yollarda maksimum diqqətli olmağı, sürət həddini aşmamağı, manevrlər edərkən ehtiyatlı olmağı tövsiyə edir: “Əhalidən, xüsusən də sürücülərdən xahiş edirik ki, bayramın son günlərində yollarda hərəkətin intensiv olduğu dövrlərdə çoxlu qəzaların baş verə biləcəyini nəzərə alıb rayonlararası, şəhərlərarası yollarda diqqətli olsunlar, xüsusilə sürət məhdudiyyətinə, ötmə qaydalarına riayət etsinlər. Çünki ən ağır qəzalar sürətlə müşaiyət olunan ötmə və manevretmə qaydalarının pozulması, əks istiqamətli hərəkət zolağına çıxılması nəticəsində baş verir. Xahiş edirik ki, özünüzün və yaxınlarınızın həyatına biganə qalmayın, qeyd etdiyiniz bayramın son günlərini bədbəxtliyə, yasa çevirməyin!”.

BDYPİ sözçüzü əlavə edib ki, martın 20-dən 25-dək ölkə ərazisində 45 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş vermiş qəzalar nəticəsində 10 nəfər ölüb, 59 nəfər xəsarət alıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar