Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yol polisindən xanım sürücüyə maraqlı məktub - Foto


Türkan Məmmədli adlı xanım sürücü avtosfer.az saytına müraciət edərək dövlət yol polisinin ona göndərdiyi radar məktubunda ciddi yalnışlığa yol verildiyini bildirib.


Türkan xanımın təqdim etdiyi sənədlərdən aydın olur ki, məktubu ona Xətai rayon Dövlət Yol Polisi Şöbəsinin inzibati təcrübə üzrə inspektoru, polis kapitanı Əsədov Fərid Vaqif oğlu göndərib.

Kapitanın yazdığı bildirişdə qeyd olunur ki, Türkan Məmmədli yol hərəkəti qaydası pozuntusuna yol verdiyinə görə barəsində tətbiq olunmuş MMX-287685 nömrəli inzibati xəta haqqında elektron protokol üzrə işə baxılması üçün 7 gün ərzində Xətai rayon DYPŞ-yə gədməlidir.

Amma Türkan xanım üstündən 14 gün keçməsinə baxmayaraq həmin şöbəyə getməyib. Çünki: «Mənə yazıblar ki, xətanın törədilməsini qeydə alan radar görüntüləri sizə göndərilir. Əgər göstərilən müddətdə vəsatət vermədikdə və DYP şöbəsinə gəlmədikdə barənizdə inzibati tənbeh haqqında qərar qəbul ediləcək. Amma mən ora getməmişəm və getmək fikrim də yoxdur. Birincisi, ona görə ki, mənim idarə etdiyim avtomobil «Hundai Tucson» markalıdır və nömrəsidə 90 SE 966-dır. Lakin mənə göndərilən məktubda «Toyota-Land Cruser» markalı, 90 UM 035 dövlət nömrə nişanlı avtomobilin fotoları əks olunub. Həm də mən həmin ərazini heç tanımıram və orada olmamışam. Bunlar isə iddia edirlər ki, guya mən orada dayanma-durma qaydasını pozmuşam. Görəsən, bu məktubu mənə yazan, fotoları mənə göndərən şəxslər bircə dəfə də olsun öz yazdıqlarını oxuyurlarmı?»



Türkan Məmmədlinin sualı çox marıqlıdır: görəsən, yol polisi bu suala nə cavab verəcək?

Daha bir maraqlı məqam odur ki, Xətai DYPŞ-nin əməkdaşının göndərdiyi protokolda və fotomaterialların üzərində də Türkan Məmmədlinin avtomobilinin nömrəsi, markası və digər göstəricilər yazılsa da fotonun başqa nəqliyyat vasitəsinə məxsus olduğuna diqqət etməyiblər. Belə halda isə çox qəribə bir sual ortaya çıxır: görəsən, qaydanı bu fotolarda əks olunan nəqliyyat vasitəsi pozub, yoxsa Türkan xanımın avtomobili? Hərflər, rəqəmlər realdır, yoxsa fotomaterial? 



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar