Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yol polisindən xəbərdarlıq



Bakı şəhər Dövlət Yol Polisi İdarəsi mayın 28-də Respublika Günü münasibətilə Bakıda bayram şənliklərinin təşkili ilə əlaqədar yollarda yaranacaq mümkün vəziyyətlə bağlı əhaliyə xəbərdarlıq edib


Bununla bağlı Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə açıqlamasında əhaliyə bayram tədbirlərinin keçirildiyi ərazi istiqamətində ictimai nəqliyyatdan istifadənin tövsiyə edildiyini bildirib:

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi 28 May - Respublika Günü Bakıda bayram şənliklərinin keçirilməsi ilə əlaqədar paytaxtın Neftçilər prospekti boyu, Dənizkənarı Milli Parkda möhtəşəm bayram konsertinin və atəşfəşanlığın keçirilməsi ilə əlaqədar tədbirə qatılmaq istəyən şəhər sakinlərinə və qonaqlara tövsiyə edir ki, həmin ərazidə yollarda sıxlığın, narahatlığın və yol-nəqliyyat hadisələrinin yaşanmaması üçün fərdi avtomobillərdən deyil, ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər. Yol Polisi İdarəsi bu tövsiyəyə ciddi yanaşaraq ona əməl edən sürücülərə öncədən təşəkkür edir”.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətindən Trend-ə bildiriblər ki, 28 May – Respublika Günü münasibətilə mayın 28-də saat 21:00-da Milli Parkın ərazisində, Saat Qülləsinin yanında incəsənət ustalarının iştirakı ilə konsert keçiriləcək, saat 23:00-da isə möhtəşəm atəşfəşanlıq olacaq. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar