Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yol terroru yenə Şəkidə


Şəkidə ağır yol qəzası: bir ailənin 4 üzvü yaralandı


Zaqataladan olan bir ailənin 4 üzvü Şəki rayon ərazisində yol qəzasına düşüb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 42-ci km-də, Şəki rayonunun  Göybulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
 
Şəki sakini Mahmudov Yadigar Zeyqam oğlunun idarə etdiyi VAZ 2106 markalı 55 BL 127 dövlət nömrə nişanlı avtomobil Zaqatala rayonunun Çobankol kəndinin sakini, 1958-ci il təvəllüdlü Məmmədov Akif  Əlibəy oğlunun idarə etdiyi VAZ 2106 markalı  62 BD 945 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Hadisə nəticəsində xəsarət alan sürücü Akif Məmmədov, avtomobildə olan digər sərnişinlər- Akif Məmmədovun həyat yoldaşı, 1959-cu il təvəllüdlü Məmmədova Axsurə Məhəmməd qızı, onların qızı 1983-cü il təvəllüdlü Rəçidova Aynurə və ailənin gəlini 1990-cı il təvəllüdlü Məmmədova Xəzanə Hacı qızı aldıqları müxtəlıif  bədən xəsarətləri ilə Şəki Mərkəzi Şəhər Xəstəxanasına (MŞX) aparılı. Xəstəxanada yaralılara ilkin yardım göstərildikdən sonra onlar evə buraxılıb.
 
Lakin Akif Məmmədov və onun ailə üzvləri Zaqatalaya qayıtdıqdan sonra yenidən Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX)  müraciət edib. Zaqatala MRX-dan APA-ya verilən məlumata görə, Şəkidə yol qəzasına düşən Akif Məmmədov və onun ailə üzvləri təkrar müayinə olunub. Akif Məmmədovun həyat yoldaşı Axsurə Məmmədovaya sağ bazu sümüyünün sınığı diaqnozu qoyulub və o, xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib. Akif Məmmədov və ailənin digər üzvlərinin xəsarətləri yüngül olduğundan ilkin yardım göstərildikdən sonra onlar ambulator müalicə almaq üçün evə buraxılıb.
 
Fakla bağlı Daxili İşlər Nazirliyinin(DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ən çox oxunanalar