Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yöndəmsiz böyüklük



İllər əvvəl bir azərbaycanlı iş adamı hansısa məsələyə görə Almaniyaya gəlir və buradakı şirkətlərdən biri ilə əməkdaşlıq müqaviləsi imzalayır


Yekunda da özünün şah əsəri olan təklifini verir, deyir, görürəm ki, Almaniyanın şəhərlərində hündürmərtəbəli binalar çox azdır, əgər istəsəniz Azərbaycan şirkətləri gəlib burada göydələnlər tikə bilər. Almanlar da yüngülcə gülümsəyirlər, deyirlər, lazım deyil. Amma bizimki gedəndən sonra bunlar əvvəl özləri qəhqəhə çəkib gülürlər, sonra zəng eləyirlər qonum-qonşuya, dost-tanışa, məsələni danışıb bir az da onları güldürürlər. Deyirlər ki, dağıl a dünya, azərbaycanlı gəlib Almaniyada bina tikmək istəyir. Bunun xəbəri yoxdur ki, Avropanın böyük şəhərlərində şəhər arxitekturasına baxan idarələr buna icazə vermir deyə hündürmərtəbəli binalar tikilmir, yoxsa bizim texnikamıza nə gəlib, pulumuza nə gəlib ki, belə binalar tikməyək. 

Ümumiyyətlə, bizim gördüyümüz işlər necə qatma-qarışıqdırsa şəhərlərimiz də o cürdür. Azərbaycanlıların şəhər haqqındakı ilkin təsəvvürü səs-küydən, çoxlu evdən və çoxlu adamdan ibarətdir. Təbii sərvətlərdən necə istifadə olunursa, şəhərdəki boş ərazilərdən də o cür istifadə olunur. Şəhərin düzgün formalaşdırılması məsələsi, arxitektura qaydalarına riayət edilməməsi heç kimin vecinə deyil. Hələ neçə illər əvvəldən bu proses başlayıb, harda bir neçə metr torpaq görürlərsə, orda bir göydələn ucaldırlar. Çünki evlər çox bahadır və ev tikmək yaxşı qazanc mənbəyidir. Kimsə düşünmür ki, qədim binaların yanındakı göydələnlər çox əcaib görünür.

Məsələn, dünyanın heç bir yerində yüzillər öncəki tarixin bir parçası olan İçərişəhərin qala divarlarının bir hissəsini məhv eləyib (!) yerində "Four Seasons" otelinə bina tikməzdirlər. Yadımdadır, otelin tikildiyi yerdəki qala divarlarının əvvəlcə üstü örtüldü, sonra üzərinə qala divarları çəkilmiş bir şəkil vurdular və bir də gördük ki, şəkili çıxarıblar, otel divara bitişikdir. Sanki otel qala divarlarının bir hissəsini yemişdi. Təsəvvür edin ki, Çin səddinin ortasından bir yeri uçurdub orada çayxana tikirlər və həmin çayxana olur səddin bir parçası. Ya da məsələn İstanbuldakı Anadoluhisarın başına eyni oyunu gətirirlər, qalanın ortasından tamamilə yad bir tikili peyda olur. 
Həmin ölkələrdə belə hal baş verə bilərmi? Qətiyyən. Bakıda baş verən bu olay təkcə arxitekturanın pozulması yox, rəsmən qədimliyin zorlanmasıdır. "Yol əhvalatı" filmində Səyavuş Aslanın da dediyi kimi, heç bir vicdansız alverçi bunu eləməzdi, amma biz elədik. Öz tariximizi bir otel brendinin ayağına verdik. Deyilənə görə, otel tikilən zaman burada qədim yeraltı bir tunel də tapılıbmış amma dönəmin qoruq sədri, indi təhsil naziri olan Mikayıl Cabbarov məsələni ört-basdır eləyib, təki otel tikilsin. Tunelin birini də başqa yerdən tikərik, 50 ildən sonra o da qədim olar. 

Adam istəyir çığırsın, bağırsın, soruşsun ki, sən o daşın, o divarın dəyərini heç bilirsən? Polyaklar Varşavada dərmana qədim bina axtarırlar, tapa bilmirlər, hamısı müharibədə yerlə-yeksan olub. Sən öz əlinlə xalqın tarixini silməklə məşğulsan, buna necə əlin gəlir?

Beləcə, biz azərbaycanlılar hər şeyi öz köntöy arzularımıza qurban verə-verə yaşayırıq. Bizdə hər şey kobud və ya yöndəmsiz edilsə də olar, təki böyük olsun. Siz bizim insanlarımızın üzərində zərif işləməli nazik bəzək əşyaları görmüsünüzmü? Nadirən. Çünki bizimkilər qadınlı-kişili çəkisi çox olan, böyük görünən əşyalara meyllənirlər. Şəhərə qarşı da bu cürdür, nəhəng göydələnlər onlara qədim binalardan daha gözəl görünür. 

Fərman Kərimzadənin "Çaldıran döyüşü" romanında bir hissə var. Monqol əsgərləri rəssam Kəmaləddin Behzadı Şeybani xanın çadırına aparanda rəssam görür ki, çadırın üstündə çox pis işlənmiş bir qızıl topası parıldayır və düşünür ki, bu qızıl çox pis bir ustanın əlindən keçib. Amma bu ətrafda ondan başqa heç kimi düşündürmür. Əsas odur ki, qızıl olsun və parıldasın. 
Əsas odur bina olsun, ucalsın və parıldasın. (musavat.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar