Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yüksək rütbəli məmurların yaşadığı binada yanğın baş verib


Bakıda ölkənin yüksək rütbəli məmurlarının və tanınmış şəxslərin yaşadığı binada yanğın baş verib


Yanğının miqyası çox böyük olmasa da sakinlər ciddi təhlükə ilə üzləşiblər.

PİA.AZ Virtualaz.org-a istinadən xəbər verir ki, yanğın Bakının İstiqlaliyyət küçəsində, Yaşıl Teatrla üzbəüz binada olub. BMT-nin Azərbaycandakı nümayəndəliyinin inzibati binası ilə yanaşı olan binadakı yanğın dünən saat axşam 18:30 radələrində baş verib.

Yanğın 9 mərtəbəli binanın 3-cü mərtəbəsində quraşdırılan elektrik lövhəsində başlayıb. Hadisə yerinə çağırılan Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası yanğının miqyasının böyüməsinə imkan verməyib.

Bununla belə sakinlər ciddi təhlükə ilə üzləşiblər. Belə ki, 3-cü mərtəbədən yuxarıda yaşayan sakinləri təxliyə etmək mümkün olmayıb. Onlar evlərini tərk edə bilməyiblər. Səbəb kabellərin yanması nəticəsində blokun qatı tüstüyə bürünməsi olub. Elektrik lövhəsi binanın çıxışında, pilləkənin yanında quraşdırıldığından sakinlərin yanğın zamanı bu nərdivanlardan istifadə etməsi mümkün olmayıb. Elektrik kəsildiyindən lift də işləməyib. Bina sakinləri məcburiyyətdən evlərindən çölə çıxmayıb. Binanı qatı zəhərli tüstü bürüyüb. Sakinlər yalnız balkonlara çıxmaqla hava ala biliblər.

Yanğın zamanı daha bir təhlükə yaşanıb. Yanğınsöndürənlər alova bürünmüş elektrik naqillərini su şırnağı ilə söndürməyə çalışıb. Bu zaman köpük əvəzinə sudan istifadə olunub ki, bu da naqillərdə bir neçə dəfə partlayışın baş verməsi ilə nəticələnib.

Qeyd edək ki, binada bütün təmir-tikinti və istismar işləri “AZİMPORT” MMC şirkəti tərəfindən reallaşdırılır. Yanğın söndürüləndən sonra şirkət elektrik lövhələrinin yerini dəyişib. Lakin lövhələr bu dəfə də binanın birinci mərtəbəsində quraşdırılıb.

Xatırladaq ki, bi bina vaxtilə “Mərkəzi Komitənin binası” kimi tanınıb. Orada bir vaxtlar Heydər Əliyev, Kamran Bağırov, Ayaz Mütəllibov, Əbdürrəhman Vəzirov, Ramiz Mehdiyev və sovet partiya-təsərrüfat nomenklaturasının digər məşhur nümayəndələri yaşayıblar.



Onu da qeyd edək ki, bu bina hazırda da Bakının ən prestijli binalarından sayılır. Burada ölkənin tanınmış şəxsləri yaşayır. Onların arasında Prezident Administrasiyasının işçiləri, deputatlar, həmçinin sabiq müdafiə və daxili işlər naziri Tahir Əliyev, sabiq daxili işlər naziri İsgəndər Həmidov və digərləri var.

Həmin bina və onun ətrafındakı digər binalar hazırda hüquq-mühafizə orqanları tərəfindən ciddi nəzarətdə saxlanılır. Bu binaların olduğu məhəlləyə sakinlərdən başqa heç kəs icazəsiz buraxılmır.



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar