Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yüksək rütbəli məmurun qohumu həbs edildi


Bir neçə gün əvvəl məlumat yayıldı ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Bəxtiyar Əliyev müxtəlif adda 15650 ədəd həb formasında olan dərman preparatlarını 10000 manata satarkən saxlanılıb


PİA.AZ azadliq.info-ya istinadən xəbər verir ki, onun yaşadığı evə baxış zamanı əlavə olaraq 4500 ədəd eyni tərkibli həb aşkar olunaraq götürülüb. “Afrika şiri”, “Herakl” və onlarla belə həblər Çin təbabəti əsasında hazırlanan potensiya aktivatorudur. Stress, əsəbilik, nevrostraniya hallarını aradan qaldırmağa da kömək edir.

Saxlanılan Bəxtiyar Əliyev dərmanları necə əldə etməsindən danışıb: “Getmişdim Çinə, eşitdim ki, dərman preparatları Azərbaycanda bahadır, orda ucuz. Bir Iran vətəndaşı vardı, tanış olduq. Gördüm dərmanlar 1 manat 50 qəpikdir, aldım. Dedim, keçirə bilərsən? Dedi, hə. Gəldik bura, 4000 dolar verdim Iran vətəndaşına, getdim götürdüm”.

Faktla bağlı Baş İdarənin Istintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bəxtiyar Əliyev yüksək məmurlardan biri ilə qohumdur. İddia olunur ki, həmin məmur “Azal”ın prezidenti Cahangir Əsgərovdur və Bəxtiyar Əliyev onunla bacanaqdır.

 pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar