Yunanıstan apellyasiya məhkəməsi Türkiyədə baş vermiş dövlət çevrilişi cəhdindən sonra bu ölkəyə qaçmış iki hərbçinin ekstradisiya olunması tələbini təmin etməyib
PİA.AZ-ın məlumatına görə, bu barədə Trend yunan mətbuatına istinadən məlumat verir.
Bir neçə gün əvvəl Yunanıstan məhkəməsi 3 türk hərbçinin Türkiyəyə ekstradisiya olunmasına qərar vermişdi.
Xatırladaq ki, Türkiyədə iyul ayında baş vermiş uğursuz dövlət çevrilişi cəhdindən sonra 8 hərbçi helikopterlə Yunanıstana keçmişdi.
pia.az