Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zabilin “son zəngi”


…”Zəqqum” qrupunun mahnısında bir söz var: süfrədən azalır dostlar. Bizim dost itirən vaxtlarımız olmasa da, nə etməli, süfrədən azalırlar


Kimisi məzara, kimisi mühacirətə, kimisi tənhalığa gedir. Telefon nömrələrinə də baxmaq olmur; yoxdurlar, sonsuzluğa çəkiliblər, zəng etsən də telefonun o başında səs gəlməyəcək. Dəhşətdir. Axı nə olub bizə?

***

Nazim Hikmətin bu misrasını Ceyhun Nağı aramızdan gedəndə “Yeni Müsavat”da yazmışdım:

nəslimin yarpaq tökümü başlayır, Rəfili,

çoxumuz qışa qalmayacağıq…

Dostlarını güldürən Zabilin axırda hamımızı ağladaraq getməsi də bu qəbildən oldu. Yığışıb Zabilin qətlinə tamaşa edirdik. Haçansa bu qətlə qarşı mübarizəmiz də olmuşdu, amma gücümüz çatmadı. Zabilin isə özünə gücü elə çatdı ki…

***

O böyük ürəyinin içində bir uşaqlıq gizlənirdi Zabilin. Kimsənin qəlbinə dəyməzdi, incitməzdi adamı, şən-şux adamıydı, haqqı nahaqqa verməzdi, riyakarlıq etməzdi, sözü üzə deyərdi.

Yekə-yekə adamların ikiüzlülüyünü, kiçildiyini, o yekə portretlərin arxasında cılızlıqlarını görmüşük, indi də həyasızlıq edirlər. Amma biz sənin həmişə mərdliyini görmüşük, Zabil, həmişə…

Uzun-uzun yazmaqla nə dəyişir ki?! Dost kisəmizdən getdin, o boşluğu doldurmaq olmayacaq, heç lazım da deyil. Sənin yerini əvəz etmək üçün təzədən Zabil doğulmalıdır – Zəngilanda…

Yanvarın 29-da yazdığın yazının son sətirləri də bunlardır: “1993-cü ildə kəndimizin məktəbinin 11-ciləri bizlər, yəni mənim oxuduğum sinif olmalıydı. Məktəbdə hərbi qərargah yerləşirdi və son anadək mən orda oldum.

Erməni tankları həmin əraziyə girməyə az qalmış çıxdıq və mən ikinci mərtəbəyə qalxıb, pilləkənin sol tərəfindəki, çoxdandı çalınmayan zəngi basıb, elə də qoyaraq binadan çıxdım.

Hələ o zaman dünyanı o qədər də dərk eləmədiyim zamanda, bilirdim ki, bu mənimçün son zəngdi. Amma o zaman, hələ bu əcəl zəngi deyilmiş…”

P.S. Hə, Zabil, son zəngi də özün çaldın, əcəl zəngini də…

Emil SALAMOĞLU

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Ən çox oxunanalar