Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zabrat bələdiyyə sədrinin topaq alveri gur gedir


Sabunçunun icra başçısı Adil Vəliyevlə Zabrat bələdiyyə sədri Adil Hənəfiyevin ortaqlığı hər ikisinə böyük gəlirlər gətirir


Bakıda və Bakı ətrafı kəndlərdə bələdiyyələrin ən gəlirli yerləri torpaq satışının olduğu əhər kəsə bəllidir. Bələdiyyələr dövlətin hektarlarla torpağını msatır və bu zaman bələdəiyyə büdcəsinə cüzi miqdarda icarə haqqı keçirib böyük miqdarda vəsaitləri isə mənimsəyirlər. Hamıya bəllidir ki, Bakıda hər bir bələdiyyə sədrinin yanında onlarla torpaq dəllaları çalışır. Bu dəllaların çoxusu isə fırıldaqçılıqla məşğul olaraq insanlarımızı aldadırlar. Hər il Bakıda bələdiyyə sədrlərinin torpaq satışından qazancları isə milyon manatlarla ölçülür. Bu sahədə olan qanunsuzuluq və özbaşınalıq hər zaman gündəmdə olsa da, nə icra orqanları, nə də hüquq-mühafizə orqanları qayda düzən yaratmaq üçün heç bir addım atmırlar. Nəticədə isə paytaxt Bakının on hektarlarla torpaqları sadəcə olaraq bir yığın məmur tərəfindən açıq şəkildə mənimsənilir.

Sabunçu rayonundan PİA.AZ daxil olan məlumata görə rayonun Zabrat və Kürdəxanı qəsəbələri hal hazırda torpaq biznesinin ən çiçəkləndiyi ərazilərdir. Adı çəkilən qəsəbələrin bələdiyyə sədrləri icra nümayəndələri ilə birləşərək dayanmadan vətəndaşlara torpaq satırlar.

Bildirilir ki, hazırda Zabrat qəsəbəsində torpağın bir sotunun qiyməti 10 min mantata yaxındır. Qiymətlərin bu cür fantastik həddə çatmasının səbəbi isə «Sovetski» ərazisinin sökülməsidir. Zabratdakı mənbə qeyd edir ki, qəsəbədə torpaq alanların çoxsu «Sovetski» sakinləidir. Məhz buna görədə qiymətlər birdən birə fantastik şəkildə qaldırılıb. 

Məlumata əsasən Zabrat qəsəbəsinin bələdiyyə sədri Adil Hənəfəliyev qəsəbə icra nümayəndəsi Vuqar Əsədovla başa başa verərək ayda xeyli topraq satırlar. Bildirilir ki, bələdiyyə sədri ilə icra nümayəndəsi bir neçə il bundan qabaq yaxın adamlarının adlarına sənədləşdirdikləri torpaqları indi yavaş yavaş «xırd» edirlər. Həm də çox baha qiymətə. Qeyd olunur ki, bir neçə il əvvəl istər icra nümayəndəsi, istərsə də bələdiyyə sədri hektarlarla torpağı öz qohumlarının adına sənədləşdiriblər. Bələdiyyə sədri və icra nümaynədəsi bu yolla qəsəbəninin ən yaralı və yaxın ərazilərdə yerləşən torpaqları öz əllərinə keçiriblər. Həmin torpaqlar qəsəbənin yaxşı yerində olduğu üçün hazırda sotunun qiyməti 10 min manata yaxındır.

Buna baxmayraq bələdiyyə sədri Adil Hənəfəliyev qəsəbənin kənarında daha ucuz qiymətə də torpaqlar satır. Məlumatda göstərilir ki, qəsəbə kənarında satılan torpaqların bir hissəəsi dövlət tərəfindən qəbirstanlıq kimi nəzərdə tutulan ərazilərdir. Məhz bələdiyyə sədridə həmin boş qəbirstanlıq ərazilərini indi gizli olaraq satır. Satılan torpaq sənədlərinin isə sadəcə bələdiyyə kağızı var. Yəni bir neçə ildən icra hakimiyyəti rahatlıqla həmin ərazidəki evləri sökə bilər və burda qeyri-qanuni heç bir şey olma. Təbii ki, bir qayda olaraq torpaqları qanunsuz olaraq satan insanlardan hesab da sorulmur.

Mənbə bildirir ki, Zabrat qəsəbəsində bələdiyyə sədri Adil Hənəfəliyevin torpaq maxinasiyasına rayon icra başçısı Adil Vəliyev havadarlıq edir. Belə ki, bələdiyyə sədri məhz icra başçısının nəzarəti altında torpaq biznesini qurub. Sabunçu icra başçısı Adil Əliyevin yaxın adamları isə Zabrat və Kürdəxanı qəsəblərində yüzlərlə həyət evlərinin tikintisi ilə məşğuldurlar. Həmin evlər təmir olunduqdan sonra baha qiymətə satışa çıxardılır.

Bildirək ki, hazırda paytaxtda ən yaxşı biznes məhz ev tikib satmaqdır. Görünür biznesmen icra  başçısıda fürsəti əldən verməyərək bu sahədənsə pul qazanmaq istəyir.

Qeyd edək ki,  Sabunçu rayonunda torpaq biznesinin başq abir ünvanl Kürdəxanı qəsəbəsidir. Adı çəkilən qəsəbənin bələdiyyə rəhbərliyinin həyata keçirdiyi torpaq maxinasiyası ilə bağlı araşdırmamıza davam edir yaxın günlərdə oxucularımıza təqdim edəcəyik.

Yazıda adı keçən şəxslərin mövqyeini dərc etməyə hazırıq…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Hindistan əhalinin sayına görə dünyada birinci yerdədir

Ən çox oxunanalar