Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zahid Oruc ABŞ-ı Azərbaycana təhlükə adlandırdı


Zahid Oruc: “Bu gün ölkəmizə təhlükə məhz öz mənafeləri uğrunda vuruşan dairələrin niyyətlərindən qaynaqlanır”


ABŞ Silahlı Qüvvələrinin qərargah rəislərinin Birləşmiş komitəsinin rəhbəri Cozef Danford Rusiyanın təcavüzkar hərəkətlərini ölkənin milli maraqları üçün ən böyük potensial təhlükə adlandırıb. 

Bu barədə “Amerikanın səsi” radiosu məlumat yayıb. 

Danford bildirib ki, Rusiya prezidenti Vladimir Putinin Ukrayna, Krım, Gürcüstandakı hərəkətlərinə baxdıqda, onu deməyə əsas verir ki, Rusiyanın davranışları və mühüm qaynar nöqtələrdə silahlanma həcmi RusiyaABŞ-ın milli maraqları üçün ən böyük potensial təhlükəyə çevirir.

ABŞ generalının bu bəyanatı Azərbaycanın maraqları üçün əsas təhlükənin haradan gəldiyi sualını aktuallaşdırır. Bu barədə söhbət etdiyimiz Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirdi ki, ABŞ dünya nəhəngi kimi özünün maraqlarını həyata keçirmək istəyir: “Bu gün həmin maraqlar dünyanın özü üçün əlavə təhlükələrə çevrilib. Yaxın Şərqdə baş verən hadisələr artıq yüz illərə yaxınlaşmaqdadır. Birləşmiş Ştatların niyyəti o regionu sabitlik, əmin-amanlıq məkanına çevirə bilmir. Asiya məkanında müxtəlif problemlər mövcud olsa da qeyd olunan böyük insan tələfatları orada yoxdur. Bununla bərabər Çin həmin məkanda sabitləşdirici rol oynamaqdadır. Əsasən postsovet məkanı ölkələri ətrafında müxtəlif müharibə ocaqları yaradılır və İranla da bağlı proseslər uzun illər boyu gərginlik mənbəyi olaraq qalmaqdadır. Bu mənada Azərbaycan daxil, bir çox ölkələri Rusiya əleyhinə qaldırmaqla uzun on illər boyu müxtəlif tarixi problemləri də körükləyərək bu xalqları bir-birinə düşmən eləyən məhz Qərb dairələri olub. Şübhəsiz ki, bizim Milli Təhlükəsizlik Doktrinamızın tələblərindən çıxış etsək. birinci ərazi bütövlüyümüzə yönəlmiş təcavüzü, təcavüzkar Ermənistanı maraqlarımıza təhlükə olaraq ön yerə qoyuruq. İkincilərin sırasında mən qlobal niyyətlərini kiçik ölkələr hesabına reallaşdırmaq istəyən və regional hökmranların əleyhinə bu dövlətlərdən faydalanan ölkələri qeyd etməyi doğru sayıram. ABŞ kimi dövlətlərin əli ilə 1990-cı illərdə Rusiya ilə düşmənçiliyimiz daha da dərinləşmişdi. Bunu İranla da bağlı həyata keçirirdilər, Türkiyənin özünü regional proseslərə fəal qarışmağa qoymurdular. 

Beləliklə, Azərbaycan kimi ölkələr müstəqil olaraq özünün təhlükəsizlik arxitekturasını formalaşdıra bilmirdi. Nəticə etibarilə biz ABŞ-dan nə müstəqilliyimizə, azadlığımıza dəstək almaqdıq, nə də hərbi qüvvələrimizin formalaşmasında onlar fəal şəkildə iştirak etdilər. Nə yaxşı ki, Xəzərdə qurulmuş məlum transmilli layihələr müəyyən qədər Amerikanın marağını bu bölgəyə gətirdi və onlar ən azı, öz mənafeləri naminə müxtəlif sabitləşdirici planlarda maraqlı oldular. Bunun kənarında ABŞ bölgəyə silah satmamaq adı ilə, əslində regiona NATO-nu daşıyıb gətirməklə bölgədə guya hərbi-siyasi balansı bərpa eləmək adı altında öz mənafeləri uğrunda davalar apardı. Biz əgər həmin riskləri bölüşmüş olsaydıq  və o prosesdə ön yerə çıxmaq istəsəydik, bu gün Ukraynadan daha ağır vəziyyətə düşərdik. Bu gün Azərbaycan özünün təhlükəsizliyini Rusiya ilə münasibətlərin hesabına qoruyub saxlayır. 

Mən hesab edirəm ki, ABŞ-ın maraqları üçün Rusiyanın əleyhinə bir forpost olub vuruşmalı deyilik. Bu, bizə çox böyük bəlalar gətirərdi. ABŞ dünyada jandarma rolunu müxtəlif bölgələrdə uğurla yerinə yetirməyib, həmin bölgələrə sülh gətirməyib. Terror antiterror mübarizəsi adı altında daha da güclənib, daha da kütləvi qırğınlara səbəb olub. Ona görə də biz öz maraqları naminə bölgə uğrunda vuruşan böyük dairələrin mənafeləri üçün yem olmalı deyilik. Azərbaycana təhlükə bu gün məhz həmin mənafeləri uğrunda vuruşan dairələrin niyyətləridir”.

Deputat vurğuladı ki, Azərbaycan üçün hazırda Ermənistandan sonra təhlükə qlobal maraqları urunda dava aparan ölkələrdən gəlir: “Onlar bizim maraqlarımız üçün dava aparmırlar. Mənafe uğrunda dava aparanlar isə ABŞ və digər Qərb dövlətləridir. Azərbaycan hazırkı dövrdə Rusiyadan təhlükə gözləmir və Ermənistanda nümayiş olunan ”İsgəndər" raketlərinin Azərbaycana hazırda təhlükəsi yoxdur. O raketlər Qərbə qarşı tuşlanıb. Onu ermənilərin istifadə eləməyə ixtiyarları yoxdur. O raketlər Rusiyanın pultu ilə idarə olunur". (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar