Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zahid Oruc Oqtay Əsədovun onu səviyyəsiz adlandırmasından danışdı


Spiker Oqtay Əsədov Zahid Orucun bu gün Milli Məclisdəki davranışının araşdırılmasını və ölçü götürülməsini tapşırıb


Zahid Orucla bağlı məsələyə Milli Məclisin İntizam Komissiyasında baxılacaq.

Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Əbiyev məsələ ilə bağlı bildirib ki, Milli Məclis sədri deputatın mövqeyini müdafiə də edə bilər, onunla razılaşmaya da bilər, ona irad da bildirə bilər. Oqtay Əsədov həm də Zahid Orucdan yaşlıdır. Zahid Oruc kimi cavan deputat bu amilləri nəzərə alaraq, Oqtay Əsədovla söz güləşdirməməli, elə reaksiya verməməli idi.

Ağacan Əbiyev deyib ki, Zahid Oruc iclasa dəvət olunacaq və Milli Məclisdə sədrə qarşı belə davranışının yolverilməz olduğu onun nəzərinə çatdırılacaq.

Baş verən hadisə ilə bağlı Ölkə.Az millət vəkili Zahid Orucun özü ilə əlaqə saxlayıb:

"Ağacan Əbiyevə hörmətlə yanaşıram. Əlbəttə ki, istənilən məsələyə baxmaq İntizam komissiyasının hüququdur. Sözü gedən bugünki hadisəyə gəldikdə isə hesab edirəm ki, hər kəs şahiddir, parlament üzvü kimi məsələyə münasibətdə öz düşüncələrimi bölüşdüm. Milli Məclis müzakirə meydanıdır. Hər bir deputat ictimai, siyasi fikir daşıyıcısıdır. Millət vəkili cəmiyyətdən gələn düşüncələri Milli Məclisə çatdırır və onu ictimailəşdirir, sonradan onun bir qərar formasına gəlməsində iştirak edir, ölkənin beynəlxalq əlaqələrinə bu və ya digər formada təsir göstərir.

Heydər Əliyev 90-cı illərdə, aralıq bir mərhələdə spiker olarkən hər kəsə, özündən sonra parlament sədri olacaq şəxslərə nümunə olacaq addımlar atdı. Ağır və gərgin şəraitdə olmasına baxmayaraq, ölkəmizə qarşı xaricdən təcavüz, daxildə separatizm tüğyan etməsinə baxmayaraq ən müxtəlif düşüncə sahiblərinin, partiya təmsilçilərinin mövqelərini Milli Məclisdə bəyan etməsinə şərait yaradırdı. Bu ondan ötrü vacibdir ki, bir tərəfdən küçə və meydanlardakı fikirlər parlamentə keçsin, digər tərəfdən daha artıq dərəcədə diskussiyalara cəmiyyətdə tarazlıq yaratsın. Əks halda heç bir fikir deməyən, sükut edən bir varlığa çevrilmiş olarıq.

Təhqir məsələsinə gəldikdə isə, hər kəs şahiddir ki, 10 illər ərzində heç bir həmkarıma, heç kəsə münasibətdə onun şərəf və ləyaqətinə toxunan hərəkətə yol verməmişəm. Başqa cür də ola bilməz. Çünki məni tanıyanlar bilirlər ki, ədəb-ərkan məsələlərində dəqiqliyi sevənəm. Bu mənada məndən həmin məsələ üçün qərəzli olmaqda, məqsədli şəkildə buna yol verməkdə məni günahlandırmaq mümkün deyil. Belə hadisələri əvvəlki dövrdə yaşayanda bunu parlament daxili adi diskussiyaların bir tərəfi, tələbi kimi qəbul etməyə çalışmışıq və onun şəxsi münasibətlərimizə təsir göstərməməsi yönündə addımlar atmışıq. İndi də mən xüsusi kin-küdurətlə yaşamıram. Bir daha söyləyirəm ki, buyurub hər kəs mediaya çıxan məsələləri özü dəyərləndirə bilər ki, parlament üzvü olaraq Zahid Oruc kiminsə ünvanına hansısa nizamnamədən kənar mövqe tutub, yoxsa yox.

Əslində klassik mənada da götürsək parlament müxtəlif fikirləri özündə ehtiva edən bir yerdir. Xalq təmsilçiliyinin anlamı odur ki, ən müxtəlif məsələləri oraya gətirərkən müzakirə mühitində şəffaflığı təmin edirsən, hər hansısa bir məsələlər daha düzgün istiqamətə yönəlir, qərəz ortadan çox rahatlıqla qalxa bilir. Əslində parlamentin hakimiyyətin bir qolu kimi funksiyası ondan ibarətdir ki, ümumi dövlət quruculuğu prosesinə ahəngdarlıq verir. Prezident İlham Əliyev istər parlamentdəki çıxışında, istər müxtəlif qanunvericilik aktlarını öz imzası ilə oraya göndərərkən hər zaman bu mövqenin üzərində dayanıb ki, geniş müzakirələr keçirilsin, bu vasitə ilə hər kəs ölkənin ictimai siyasi həyatında iştirak etmiş olsun. Məqsəd budur ki, insanlar nəticə etibarı ilə onu təmsil edən şəxslərin fəaliyyətini qiymətləndirməsinə təsir göstərsin. Bununla bağlı ən önəmli məsələ dağıdıcılıq, ekstrimizm və təhlükəli cərəyanların əriyib cəmiyyət içərisindən çıxarılmasıdır. Yoxsa bunun başqa alternativləri işə düşür. İnsanlar ya hansısa yas mərasimində daha çox diskussiya edəcəklər, ya da başqa yerdə danışacaqlar. Onsuz da Milli Məclisdə ay ərzində 2 dəfə keçirilən iclasda 1 və ya 2 dəfə danışırıq. Zamanında Nyuton parlament üzvü olub və cəmi bir dəfə çıxış edib. Onda da deyib ki, o pəncərəni bağlayın.

Bir daha deyirəm, nizamnamədən kənar heç kəsə qarşı heç nə etməmişəm. Bunu kimsə başqa cür düşünürsə bu mənim problemim deyil".

Qeyd edək ki, MM-in bugunkü iclasında spiker Oktay Əsədovla Zahid Oruc arasında mübahisə yaranıb. Oktay Əsədov Vergi Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı mövzuya uyğun danışmamasını Zahid Oruca irad tutub, deputat isə yerindən danışaraq ona cavab qaytarıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Ən çox oxunanalar