Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zahid Oruc bu gün təklif irəli sürəcək


“Bu gün parlamentdə cəbhəyanı zonaların xüsusi statusu haqqında qanun layihəsini və qanuna uyğun adekvat dövlət proqramı təklifini irəli sürəcəm”


Bunu açıqlamasında millət vəkili Zahid Oruc gələcəkdə cəbhəyanı zonalarla bağlı Dövlət Proqramının işələnib hazırlanmasını şərh edərkən deyib:
 
Prezident İlham Əliyevin bu günlərdə imzaladığı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” sərəncamına təhlükəsizliklə yanaşı, sosial-iqtisadi tədbirlərin zənginləşməsi kimi də baxmaq olar. Bunun davamı olaraq cəbhəyanı zonalarla bağlı xüsusi Dövlət Proqramı işlənib hazırlanacaq. Hesab edirəm ki, məlum sərəncam bir çox məsələlərin həllini nəzərdə tutur. Burada sosial məsələlərlə yanaşı, iqtisadi problemlər də eyni dərəcədə təhlükəsizliyin mühüm komponentləri sayılır. Belə olan təqdirdə məsələn, Ağdamda yaşayan və çalışan bir müəllim təkcə təhsil funksiyasını yerinə yetirmir. O, həm də sözün həqiqi mənasında bir döyüşçüdür. Buna görə də hesab edirəm ki, bu insanlar paytaxt müəllimləri ilə eyni maaşı paylaşmamalı, iqtisadi həyata münasibətdə sahibkarlığa yardım fondu, nazirliklər və hökumət strukturları həmin bölgələrə münasibətdə fərqli bir siyasət yürütməlidirlər. Çünki sözügedən ərazilər başqalarından daha önəmlidir. Ön cəbhə xəttində səngərdə dayanan əsgər kürəyinin arxasında mülki əhalini görmək istəyir. Bəs bunu nə ilə möhkəmlədirə bilərik? Əlbəttə, təkcə vətənə bağlılıq, iqtisadi, sosial, təhsil tədbirləri ilə deyil, müdafiə məsələləri və ən əsası təhlükəsizlik işləri ilə. Mən bu gün parlamentdə cəbhəyanı zonaların xüsusi statusu haqqında qanun layihəsini və qanuna uyğun adekvat dövlət proqramı təklifinin hazırlanmasının üzərində qətiyyətlə dayanacağam”.
 
Zahid Oruc sentyabrın 27-də erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin zabiti, leytenant Allahverdi Baxışlının timsalında ailənin tək oğlanlarının ön cəbhəyə aparılması məsələsinə də münasibət bildirib:
 
“İki gün bundan öncə şəhid düşən əsgər 1994-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhid Əbülfəz Baxışlının yeganə davamçısı idi. Belə əsgərlər məlum ön cəbhə xəttindən 40-50 km kənar zolaqda xidmətlərini həyata keçirirlər. Zabit kimi fəaliyyət göstərən zaman isə bu məhdudiyyət aradan qalxır. Hesab edirəm ki, bu, doğru deyil. Zənn edirəm ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bütün çağırışçıların göndərişini həyata keçirərkən belə şəxsləri mütləq nəzərə almalıdır. Buna görə də bütün mənada bir oğul övladlarına deyil, valideynlərini itirmiş şəxslərə də bu müsbət məhdudiyyətlər şamil olunmalıdır. Varislik məsələsinin davamlılığı ilə bağlı  təkliflər irəli sürəcəyik. Söhbət ailənin tək övladlarına möhlət hüquqlarının verilməsi, yaxud xidmətə çağırılmamasından getmir. Bu valideyni şəhid düşmüş, hər hansı şəkildə valideynini itirilmiş şəxslərə şamil olunacaq. Cəbhə xəttindən 50 km məsafədə xidmət məsələləsinin ortaya qoyulması heç bir problem doğurmaycaq. Həmçinin onminlərlə insanın hərbi xidmətdən qalmasından heç söhbət belə gedə bilməz”.(axar.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar