Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zakir Həsənov 4 generalı ordudan uzaqlaşdırdı


Xəbər verdiyimiz kimi, noyabrın 25-də Müdafiə Nazirliyində Zakir Həsənovun rəhbərliyi ilə 2015-ci tədris ilində qoşunların hazırlığı üzrə yekunlara dair geniş kollegiya iclası keçirilib


PİA.AZ aznews.az-a istinadən xəbər verir ki, iclasda məşhur general-mayor Qorxmaz Qarayevin ordu sıralarından təxris olunması ilə bağlı əmr verildiyi elan olunub.

Onu da bildirək ki, Q.Qarayev bu yaxınlarda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında baş müəllim postuna təyin edilmişdi. Bundan əvvəl isə o, Şəmkir korpusunun komandan müavini idi.

Bundan başqa, iclasda daha 3 generalın ordudan təxris edildiyi bildirilib.

Onlardan biri Cəmşid Naxçıvanski adına Hərbi Liseyin keçmiş rəisi general-mayor Mirzə Almasovdur. M.Almasov bu ilin avqust ayında yol verdiyi ciddi qanun pozuntularına və nöqsanlara görə tutduğu vəzifədən azad edilmişdi.

Həmçinin Silahlı Qüvvələrin Baş Hərbi İnspeksiyasının keçmiş rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Fəxrəddin Cəbrayılovun da ordu sıralarından çıxarıldığı bildirilir. F.Cəbrayılov da bu ilin avqust ayında postundan uzaqlaşdırılmışdı.

Ordu sıralarından təxris olunan digər general isə Silahlı Qüvvələrin Artilleriya Qoşunlarının keçmiş komandanı general-mayor Rafiq Hüseynovdur. R.Hüseynov isə 2013-cü ildə Artilleriya Qoşunlarının komandanı vəzifəsi ilə vidalaşmışdı.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ən çox oxunanalar