Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zakir Həsənov Gürcüstanda Qarabağ şəhidlərinin ailələri iləgörüşüb


Bu gün Gürcüstanda səfərdə olan müdafiə naziri Zakir Həsənov şəhid ailələri ilə görüşüb


Nazir görüşdə  əslən Gürcüstanın Bolnisi rayonunun Zol-Güvəc kəndindən olan və 2015-ci ilin sentyabrın 29-da Tərtər rayonu istiqamətində düşmən təxribatının qarşısını alarkən şəhid olan Elşən Məmmədovun “Şücaətə görə” medalı ilə təltif olunduğunu bildirib.

Z. Həsənov medalı şəhid atası Vaqif Məmmədova təqdim edib. Təqdimat mərasimində çıxış edən nazir Azərbaycan dövlətinin işğal altında olan torpaqların azad olunmasında Vətən oğulları sırasında Gürcüstanda yaşayan soydaşlarımızın da iştirak etdiyini bildirib. Müdafiə naziri Azərbaycan dövlətinin torpaq uğrunda şəhid olan soydaşlarımızın şəhid ailələrinə həmişə qayğı və diqqət göstərəcəyini bildirib. Şəhid atası Vaqif Məmmədov müdafiə naziri Zakir Həsənova təltif üçün təşəkkür edib və “Vətən sağ olsun!” deyib.

Sonra Z. Həsənov aprel döyüşlərində qəhrəmancasına həlak olan, əslən Dumanisinin Yaqublu kəndindən olan “Azərbaycan Bayrağı” ordenli, mayor Təbriz Musazadənin əmisi Vaqif Musazadəyə müdafiə nazirliyinin xatirə hədiyyəsini təqdim edib.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, müdafiə nazirliyinin rəsmiləri və səfirlik əməkdaşları, həmçinin Gürcüstan Ağsaqqallar şurasının üzvləri və ziyalılar iştirak ediblər. (APA)

pia.az  


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar