Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zakir Həsənov Litvadadır



Vilnüsda Azərbaycan və Litva Müdafiə nazirlərinin təkbətək və geniş tərkibdə görüşü olub


İyulun 1-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Litva Respublikasına rəsmi səfəri başlayıb.

ANS PRESS-in Müdafiə Nazirliyinə istinadla verdiyi məlumata görə, general-polkovnik Z.Həsənov Litvanın Milli Müdafiə naziri cənab Yuozas Olekas ilə görüşüb. Rəsmi qarşılanma mərasimində protokola uyğun olaraq Müdafiə nazirləri fəxri qarovulun önündən keçiblər. Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra nazirlərin təkbətək görüşü olub.

Təkbətək görüşdən sonra nazirlərin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Görüşdə regional təhlükəsizlik, Silahlı Qüvvələrin inkişafı və ölkələrimiz arasında hərbi əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.
Litva Respublikasına rəsmi dəvətə və qonaqpərvərliyə görə minnətdarlığını bildirirən Azərbaycanın Müdafiə naziri litvalı həmkarına Cənubi Qafqaz reginondakı hərbi-siyasi vəziyyət, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, qaçqın və məcburi köçkünlərin vəziyyəti barədə ətraflı məlumat verib.

General-polkovnik Z.Həsənov bildirib: “Bəzi dövlətlər və qurumlar tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həll olunmasına yanaşmada ikili standartların tətbiqi bizi çox narahat edir. Ancaq hamıya bəlli olmalıdır ki, dövlətimizin başçısı cənab İlham Əliyevin dəstəyi ilə Azərbaycan bu gün güclü və qüdrətli, müasir silahla təchiz olunmuş orduya malikdir. Azərbaycan ordusu işğal olunmuş torpaqları istənilən an azad etməyə hazırdır və qadirdir. Heç kim buna şübhə etməməlidir. Bu, yalnız vaxt məsələsidir. 

Sülh tərəfdarı olan dövlətlər, o cümlədən bizə dost olan Litva Respublikası təcavüzkara qarşı qəti mövqe nümayiş etdirib işğalçı qüvvələrin qeyd-şərtsiz Azərbaycan ərazisindən çıxarılmasını tələb etməlidirlər”.

Sonra Azərbaycan ilə Litva arasında qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Səfər iyulun 2-də başa çatacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar