Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zakir Həsənov Səfər Əbiyevin fabrikinə 1930950 manat pulu niyə köçürüb? - Foto


”Bakı Əyirici Toxucu” ASC köhnə nazirin dövründə olduğu kimi Müdafiə Nazirliyinin tenderlərini “qazanmaqda” davam edir


Zakir Həsənov nazir təyin olunduğu zaman orduda korrupsiya hallarına yol verənlərə sərt xəbərdarlıq etmişdi. 

Nazir müsahibəsində bildirmişdi ki, prezidentin bununla əlaqədar xüsusi tapşırıqları olub: «Kimin əsgərin payında, dövlətin malında gözü varsa, onlara qarşı ciddi mübarizə aparılır. Gələcəkdə də rütbəsindən, vəzifəsindən asılı olmayaraq onlara qarşı ciddi mübarizə aparılacaq”.

Lakin ötən aylar göstərdi ki, Zakir Həsənov Müdafiə Nazirliyini köhnələrdən təmizləmək məsələsində səmimi olsa da, təcrübəsizdir. Onun qarşısında illərin təcrübəsi dayanır. Səfər Əbiyev vəzifəsindən ayrılsa da, nazirlik yenə ona işləyir.

Daha doğrusu, Zakir Həsənov nazir olduqdan sonra Əbiyevin nazirlik daxilindəki bütün adamları Baş Qərargah rəisi Nəcməddin Sadıkovun himayəsinə keçib. Sadıkov isə neçə illik dostuna xəyanət edənləri cəzalandırmağa davam edir və bunun adı da ordunu “səfərçilərdən təmizləmə olur”. Nəticədə qazanan yenə Əbiyevdir.
Səfər Əbiyevin orduya gəlir mənbəyi kimi baxdığını nəzərə alarsaq, onun ordudan gələn gəlirinin kəsilib-kəsilmədiyinə baxmaq lazımdır.

AZERİNFO.ORG-un araşdırmalarına görə, 10 ilə yaxın müddətdə Müdafiə Nazirliyinin geyim təchizatı ilə bağlı bütün tenderlərin  yalançı qalibi olaraq “Bakı Əyirici Toxucu” ASC göstərilib və S.Əbiyevin bu müəssisəyə təyin etdiyi direktorların vasitəsilə büdcədən ayrılan pullar öz cibinə axıb: “Əvvəllər Səfər Əbiyevin qardaşı Rüstəm Əbiyev bu müəssisənin direktor müavini idi. Bütün məsələlərə birbaşa o nəzarət edirdi.  Ancaq sonradan bununla bağlı ciddi qalmaqal yarandı. Səfər Əbiyev ”Bakı Əyirici Toxucu” ASC-nin ona məxsus olduğunu gizlədirdi.  Amma Rüstəm Əbiyevin orada direktor müavini olması Səfər Əbiyevin gizli əməliyyatlarını və dövlət büdcəsindən ayrılan pulların necə mənimsənilməsini ifşa edirdi. Buna görə də qardaşını oradan uzaqlaşdırdı. Bu müəssisənin direktorları isə hər zaman Səfər Əbiyevin əlində bir vasitə olublar və faktiki olaraq onların ASC üzərində heç bir yetkisi olmayıb.

Son 10 ildə bu müəssisənin Müdafiə Nazirliyinin tenderlərində qalib gəlməsi adı ilə onun bank hesabına  o qədər böyük məbləğdə pullar köçürülüb ki, artıq onların sayı-hesabı da itib. Bunların əksəriyyəti də malsız, yəni Müdafiə Nazirliyi üçün heç bir ləvazimat istehsal edilməyən əməliyyatlar olub. Bundan başqa, Müdafiə Nazirliyinin ərzaq təminatı da başqa müəssisələr vasitəsilə bu formada həyata keçirilib”.

Bakı Əyirici Toxucu” ASC-də Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin hakimi, baş prokurorun sabiq birinci müavini İsa Nəcəfovun payı olsa da, əsas pay Səfər Əbiyevin olub. Hətta fabrikin direktorlarından birinə YAP tərəfindən böyük etimad göstərildiyi üçün həmin şəxs fabrikdən kobud şəkildə uzaqlaşdırılıb. Çünki Əbiyev bu fabrikdə çalışanların dövlətin hər hansı qurumu ilə əlaqəli olmasından ehtiyat edib.

Zakir Həsənov nazir təyin olunduqdan sonra nazirliyin bu fabriklə əlaqələrinə yenidən nəzər yetirəcəyi gözlənilsə də, xələf sələfinin yolunu davam etdirib. Daha doğrusu, Z.Həsənov Əbiyevin fabrikinin tenderlərdə qalib gəlməsinin qarşısını ala bilməyib. Nəticədə Müdafiə Nazirliyinin yanvar-may 2014- cü il tarixləri arasında “Bakı Əyrici-Toxucu” ASC-nin əksər tenderlərin qalibi olmasına əngəl olmayıb.  Və Müdafiə Nazirliyi bu tenderlər vasitəsi ilə “Bakı Əyrici-Toxucu” ASC-ə tam 1930950 (bir milyon doqquz yüz otuz min doqquz yüz əlli) manat xeyir verib.

Belə ki, Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin 2014-cü ilin yanvar-may ayları ərzində müsabiqə əsasında keçirilmiş satınalmalara dair Hesabatında göstərilir ki, aşağıdakı kateqoriyalar üzrə Müdafiə Nazirliyinin qalibi “Bakı Əyrici-Toxucu” ASC olmuşdur:


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar