Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin məzunlarının çoxsaylı təkliflərini və şəxsi heyətin tarixi ənənələrə sədaqət ruhunda tərbiyəsinin əhəmiyyətini nəzərə alaraq Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun göstərişi ilə cari ilin iyulun 19-da 1980-ci il məzunlarının buraxılışının 35 illik yubileyinə həsr edilmiş təntənəli görüş keçiriləcək
PİA.AZ nazirliyin mətbuat xidmətinə istinadən bildirir ki, Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi, general-leytenant Heydər Piriyev tədbirə hazırlıqla əlaqədar İşçi Qrupun rəhbəri təyin edilib.
pia.az