Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zakir Həsənov hərbi təlimlərdəki mülki şəxslərlə görüşdü


Sentyabrın 16-da müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimlərə cəlb edilən ehtiyatdan çağırılmış hərbi vəzifəlilərlə görüşüb


Müdafiə naziri ehtiyatdan çağırılan şəxsi heyətə təlim toplanışında mütəşəkkil qaydada iştirak etdiklərinə, bir an belə tərəddüd etmədən Vətənin müdafiəsi üçün şərəf və vicdanla yenidən xidmətə cəlb olunmağa hazır olduqlarına görə təşəkkür edib.
Nazir bilidirib ki, onlar bu təlimlərdə iştirak etməklə döyüş qabiliyətlərini, hərbi ixtisaslarını və təcrübələrini təkmilləşdirmək, silahlanmada olan yeni, müasir və modernləşdirilmiş silah və hərbi texnikanın nümunələri ilə yaxından tanış olmaq, onun düzgün istifadəsi və istismarı qaydalarını bilmək imkanı əldə ediblər.

Müdafiə naziri keçirilən təlimlərin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tələb və tapşıpıqlarına əsasən yüksək səviyyədə təşkil edilərək keçirildiyini bir daha diqqətə çatdırıb.

Sonra müdafiə naziri şəxsi heyətin vəziyyəti, yeməkxana, yataq, tibb xidmətinin təşkili, mobil hamam-camaşırxana və digər məişət şəraiti ilə tanış olub, eyni zamanda onların təlimlərdə iştirakı, silah və hərbi texnikadan istifadə etmə bacarıqları ilə maraqlanaraq döyüş atışlarının yerinə yetirilməsi, mənəvi-psixoloji hazırlıq və döyüş uzlaşması üzrə məsələlərə diqqətin daha da artırılmasını xüsusi vurğulayıb.
Təlimlər sentyabrın 20-dək davam edəcək.(modern.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar