Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zakir Həsənov ictimaiyyət nümayəndələri ilə görüşüb


Avqustun 27-də müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığı, vətənpərvərlik tərbiyəsinin yüksəldilməsində yaxından iştirak edən bir qrup ictimaiyyət nümayəndəsi ilə görüşüb


PİA.AZ  nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, nazir ordu quruculuğu məsələlərinin prezident İlham Əliyevin daim diqqətdə saxlamasını nəzərə çatdıraraq son dövrlərdə ictimaiyyət nümayəndələrinin cəbhəboyu zonalara səfərlərinin vacibliyini qeyd edib. 

O, bu kimi tədbirlərin keçirilməsinin şəxsi heyətin və qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan əhalinin böyük ruh yüksəkliyinə səbəb olmasını xüsusi vurğulayıb.
 
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı, paralimpiya çempionu İlham Zəkiyev, “Azərbaycan Əfqanıstan Veteranları” İctimai Birliyinin sədri Məhəmməd Vəliyev çıxış edərək səfərlərin təşkilində dəstəyə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Onlar ön səngərdə xidməti vəzifələrini şərəflə yerinə yetirən hərbi qulluqçuların Vətənin keşiyində ayıq-sayıq dayanmasından, hər gün Ermənistan silahlı bölmələrinə layiqli cavab verilməsindən, ordumuzun maddi-texniki bazasının, sosial-məişət şəraitinin və şəxsi heyətin döyüş ruhunun, vətənpərvərlik hissinin yüksək səviyyədə olmasından qürur duyduqlarını ifadə edərək öz təkliflərini də diqqətə çatdırıblar.
Sonda görüş iştirakçıları birgə xatirə şəkli çəkdiriblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Ən çox oxunanalar