Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zakir Həsənov kimləri vəzifədən alıb - Siyahı


“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi müxtəlif mənbələrin verdiyi məlumatlar əsasında yeni müdafiə naziri general-polkovnik Zakir Həsənovun vəzifəyə təyin olunduğu 22 oktyabr tarixindən indiyə qədər apardığı kadr dəyişikliyinin siyahısını hazırlayıb

Bu siyahıya görə, xeyli sayda hərbi qulluqçu vəzifəsindən uzaqlaşdırılıb, bir sıra zabitlərin vəzifəsi dəyişdirilib. Bəzi zabitlər ətrafında isə müəmma davam edir. 


PİA.AZı həmin siyahını təqdim edir:

 

Vəzifəsindən çıxarılan şəxs və yeni vəzifəsi

Həmin vəzifəyə təyin olunan şəxs və keçmişi

 

1

MN Mühəndis istehkam xidmətinin rəisi, polkovnik Mehman Qədiməliyev.

Bərdə hərbi birləşməsinin mühəndis-istehkam xidmətinin rəisi təyin olunub.

SQ Hərbi Akademiyası “Mühəndis istehkam” kafedrasının rəisi, polkovnik Anar Kərimov

 

2

MN Hərbi Polis İdarəsinin rəisi, polkovnik Bəbir Həsənov.

Yeni vəzifəsi barədə məlumat yoxdur.

Polkovnik Füzuli Salahov. Sərhəd Qoşunlarında hərbi hissə komandiri, daha sonra Daxili Qoşunlarda idarə rəisi vəzifəsində çalışıb.

 

3

MN Büdcəyə nəzarət və maliyyə İdarəsinin rəisi, polkovnik Elçin Mehdiyev.

Cəbhə bölgəsindəki hərbi hissələrdən birinə təyin edilib.

Yerinə təyin olunan şəxs barədə məlumat yoxdur

 

4

SQ Baş İnspeksiyasının rəisi general-mayor Məmməd Beydullayev.

Yeni vəzifəsi barədə məlumat yoxdur.

Azərbaycanın Milli Qəhrəmanı polkovnik Fəxrəddin Cəbrayılov.

SQ-də müxtəlif vəzifələrdə çalışıb.

 

5

HHQ komandan vəzifəsini müvəqqəti icra edən general-mayor Altay Mehdiyev. HHQ qərargah rəisi vəzifəsinə qaytarılıb.

 

General-mayor Ramiz Tahirov. O həm də müdafiə nazirinin yeni müavini təyin olunub. HHM Qoşunlarında xidmət edib, daha sonra prezidentin hərbi məsələlər üzrə köməkçisinin müavini vəzifəsində çalışıb.

 

6

Silahlı Qüvvələr Akademiyasının rəisi, general-mayor Nəcəf Qəmbərov.

General-mayor Altay Mehdiyev. HHQ qərargah rəisi vəzifəsində çalışıb.

 

7

HHQ və HHM qoşunlarının şöbə rəisi polkovnik Faiq Məmmədov.

DSX Aviasiya İdarəsi.

Yerinə təyin olunan şəxs barədə məlumat yoxdur

 

8

MN Şəxsi iş İdarəsinin rəisi, eyni zamanda SQ Baş Qərargah rəisinin müavini, Səfərbərlik İdarəsinin rəisi general-leytenant Yaşar Aydəmirov

Yeni vəzifəsi barədə məlumat yoxdur.

Hikmət Xaliqov. Biləcəri Toplanış məntəqəsində çağırış məntəqəsində çalışıb, HHQ qərargah rəisi vəzifəsində çalışıb.

 

 

9

MN Katibliyinin rəisi polkovnik Samir Musayev.

SQ Təlim-Tədris Mərkəzində kurs rəisi təyin olunduğu bildirilir.

Yerinə təyin olunan şəxs barədə məlumat yoxdur

 

10

Müdafiə nazirinin 3 köməkçisi vəzifəsindən azad olunub.

Yeni vəzifələri barədə məlumat yoxdur.

Yerinə təyin olunan şəxslər barədə məlumat yoxdur

 

11

MN mətbuat xidmətinin rəisi polkovnik Eldar Sabiroğlu istefa üçün raport yazıb. Onun vəzifəsindən azad olunacağı gözlənilir.

Yerinə təyin olunacaq şəxs barədə məlumat yoxdur

 

12

MN mətbuat xidmətinin rəis müavini  mayor Teymur Abdullayev

Yeni vəzifəsi barədə məlumat yoxdur (ehtiyata göndərilib).

Yerinə təyin olunacaq şəxs barədə məlumat yoxdur

 

13

MN mətbuat xidmətinin əməkdaşı İsa İsmayilov

Yeni vəzifəsi barədə məlumat yoxdur.

Yerinə təyin olunan şəxs barədə məlumat yoxdur

 

14

Ali Hərbi məktəbdə kursant taborunun komandiri polkovnik Ənvər Əfəndiyev. Bərdə Hərbi Birləşməsinin qərargah rəisi vəzifəsinə təyin edilib

Yerinə təyin olunan şəxs barədə məlumat yoxdur

 

15

Bu vəzifənin əvvəllər kimin tutması barədə məlumat yoxdur.

Ehtiyatda olan general-mayor Aleksandr Vasyak (MN Əməliyyat İdarəsinin sabiq rəisi, həmçinin Hərbi Elm Mərkəzinin keçmiş baş zabiti) MN-in Daxili Təhlükəsizlik İdarəsinə şöbə müdiri vəzifəsinə təyin edib.

 

16

SQ Baş Klinik Hospitalın rəisi Firudin Qarabəyov.

MN Mərkəzi Hərbi Poliklinikasının rəisi təyin edilib.

Ehtiyatda olan zabit Tofiq Tağıyev.

Əvəllər tutduğu vəzifələr barədə məlumat yoxdur.

 

17

Bu vəzifənin əvvəllər kimin tutması barədə məlumat yoxdur.

Ehtiyatda olan polkovnik-leytenant Malik Qurbanov MN Ərzaq Xidmətinin rəisi təyin olunub

Əvəllər tutduğu vəzifələr barədə məlumat yoxdur

 

18

Bu vəzifənin əvvəllər kimin tutması barədə məlumat yoxdur.

Polkovnik Elman Orucov Naxçıvan hərbi polisinə rəis təyin edilib.

Əvəllər tutduğu vəzifələr barədə məlumat yoxdur

 

19

Bu vəzifənin əvvəllər kimin tutması barədə məlumat yoxdur.

Polkovnik-leytenant Rəfail Rzayev (HHQ və HHM qoşunlarının sabiq komandanı general-leytenant Rail Rzayevin qardaşı) MN Hərbi daşınmalar şöbəsinə rəis vəzifəsinə təyin edib.

Əvvəllər hərbi komissarlıq sistemində çalışıb.

 

20

Beyləqan Hərbi Birləşməsinin komandiri Polkovnik-leytenant İbrahim Əlimirzəyev

Yeni vəzifəsi barədə məlumat yoxdur.

Yerinə təyin olunan şəxs barədə məlumat yoxdur

 

21

Bu vəzifənin əvvəllər kimin tutması barədə məlumat yoxdur.

Polkovnik Vüsal Ələkbərov Beyləqan Hərbi Birləşməsinə qərargah rəisi təyin edilib.

MN Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəis müavini vəzifəsində xidmət edib.

 

22

Ali Hərbi Məktəbin rəisi vəzifələrini müvəqqəti icra edən, məktəbin qərargah rəisi, polkovnik Mirzəli Yusifov

Yeni vəzifəsi barədə məlumat yoxdur.

General-mayor Heydər Piriyev*. Buna qədər H.Piriyev Naxçıvan 5-ci ordu birləşməsinin qərargah rəisi, ondan əvvəl isə AAHM rəisi vəzifəsində çalışıb.

 

23

Naxçıvan 5-ci ordu birləşməsinin qərargah rəisi general-mayor Heydər Piriyev*.

Ali Hərbi Məktəbin rəisi.

Polkovnik Hikmət Həsənov Naxçıvan korpusuna qərargah rəisi vəzifəsinə təyinat alıb. Bakıdakı “N” saylı hərbi hissənin komandiri vəzifəsində çalışıb.

 

24

Bu vəzifənin əvvəllər kimin tutması barədə məlumat yoxdur.

Polkovnik Şair Ramaldanovun hərbi xidmətə qaytarıldığı bildirilib. Ona ya Təlim-Tədris Mərkəzinə, ya da nazirliyin katibliyinə rəis vəzifəsinə təyin olunması haqda qərarın verilməsi gözlənilir.

 

25

MN-in mətbu orqanı olan “Azərbaycan ordusu” qəzetinin baş redaktoru, polkovnik-leytenant İbrahim Rüstəmov. Onun işdən azad edilməsi ilə bağlı əmr hələlik imzalanmasa da, o, müalicə üçün hospitala göndərilib.

Yerinə təyin olunacaq şəxs barədə məlumat yoxdur

 

27

Təlim Tədris Mərkəzinin rəisi, polkovnik Şəmsəddin Abuşov

Yeni vəzifəsi barədə məlumat yoxdur.

Nizami Əlibəyov təyin edilib.

Əvəllər tutduğu vəzifələr barədə məlumat yoxdur

 

 

MN-in Raket-Artilleriya Qoşun Xidmətinin rəisi Yaqub Əhədov.

Yeni vəzifəsi barədə məlumat yoxdur.

Yerinə təyin olunan şəxs barədə məlumat yoxdur

 

28

MN-in Kəşfiyyat idarəsinin rəisi, general-mayor Rəhim Cəfərov

Yeni vəzifəsi barədə məlumat yoxdur.

Yerinə təyin olunan şəxs barədə məlumat yoxdur

 

29

MN-in Hərbi Nəşriyyatının rəisi Pənah Abdullayev

Yeni vəzifəsi barədə məlumat yoxdur.

Polkovnik-leytenant Füzuli Abbasov.

Ali Hərbi Məktəbin müəllimi vəzifəsində çalışıb.

 

30

MN İşlər İdarəsinin rəisi polkovnik Baxış Ələkbərov

Yeni vəzifəsi barədə məlumat yoxdur.

 

Polkovnik-leytenant Tahir Xalıqovun təyin ediləcəyi gözlənilir.Əvvəllər tutduğu vəzifələr barədə məlumat yoxdur

 

31

MN Mənzil-İstismar İdarəsinin rəisi polkovnik-leytenant Hafiz Əliyev.

İxtisasına uyğun olaraq Naxçıvandakı hərbi birləşməyə göndərilib.

Polkovnik-leytenant Zakir Hiftəliyev bu işlərə səlahiyyətli təyin olunub. Zakir Niftəliyev bundan əvvəl MN-in Mİİ-nin layihə-smeta şöbəsinin rəisi vəzifəsində çalışıb.

 

32

Qeyri-dəqiq məlumatlara görə, hərbi birləşmə komandiri, general-leytenant Nizam Osmanov. Qeyd edək ki, Osmanov 2004-cü ildən 1-ci Ordu Korpusunun komandiri vəzifəsində çalışıb.

Yerinə təyin olunacaq şəxs barədə məlumat yoxdur

 

33

Qeyri-dəqiq məlumatlara görə Müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədovun ordu sıralarından tərxis olunmaq üçün raport yazdığı bildirilib.

Yerinə təyin olunacaq şəxs barədə məlumat yoxdur

 

Araşdırmalara görə, yaxın 2 ay ərzində Müdafiə Nazirliyinin rəhbərliyində vəzifə tutan bir neçə şəxsin də vəzifəsindən çıxarılması gözlənilir. Ümumilikdə bütün bu dəyişikliklərin əsas hədəfinin nə olması, hansı yeniliklərə gətirəcəyi böyük ehtimalla yaxın perspektivdə bəlli olacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar