Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zakir Həsənov müdafiə nazirliklərinin nümayəndə heyətlərini qəbul edib


Sentyabrın 11-də "Bakı Ekspo Mərkəzi"ndə Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Beynəlxalq müdafiə sənayesi "ADEX 2014" sərgisində iştirak etmək üçün ölkədə səfərdə olan bir sıra dövlətin Müdafiə Nazirliyinin nümayəndələri ilə görüşüb


APA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Zakir Həsənov Pakistan İslam Respublikasının Milli Mühəndislik və Elm Komitəsinin sədri Mahammad İrfan Burneyi qəbul edib.
 
Zakir Həsənov Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlığın dostluq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin daim inkişaf etdiyini və hər iki tərəf üçün qarşılıqlı faydalı olduğunu qeyd edib.
 
Qonaq səfərdən məmnun qaldığını bildirərək, Azərbaycan-Pakistan qarşılıqlı münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin keçirilməsinin zəruriliyini vurğulayıb.
 
Görüş zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
 
 
Daha sonra Azərbaycan müdafiə nazirinin Malayziya müdafiə nazirinin müavini  Datuk Abdul Rahim Bakrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə geniş tərkibdə görüşü olub.
 
Görüş zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
 
Bundan başqa, Zakir Həsənovun Xorvatiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Draqo Lovriçi qəbul edib.
 
Görüşdə ölkələrimizin yerləşdikləri regionlardakı hərbi-siyasi vəziyyət, hərbi-texniki və təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar