Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zakir Həsənov prezidentin İrana səfəri zamanı niyə nümayəndə heyətində çıxırılıb?


"Beyləqan Hərbi Birləşməsindəki son mina partlayışı, bir neçə hərbi qulluqçuların faciəli şəkildə həlak olması və ağır yaralananlarının olması ilə bağlı hadisə ölkə rəhbərliyinin dərin təəssüfünə və qəzəbinə tuş gəlib"


Üzeyir Cəfərovdan Müdafiə Nazirliyində baş verənlərlə bağlı sensasion açıqlamalar

Üzeyir Cəfərov: "Zakir Həsənov Beyləqan Hərbi Birləşməsinə gedərək orada geniş "razborka" aparıb. Birləşmə komandiri general Ayaz Həsənovu vəzifəsindən çıxarmaq istəyən nazirə bu imkan verilməyib".

Son günlər orduda baş verən ölüm hallarının artması yenidən ictimayiyytin diqqət mərkəzindədir. Minanın partlamasından ağır itkilər verməyimiz, əsgərlərin yenə intihar etmələri gündəmi zəbt edib. Zakir Həsənov Müdafiə naziri təyin olunduğu zaman ictimayytin və əsgər ailələrinin ondan əsas gözləntisi orduda ölümlərə yol açan özbaşınalıqların ortadan qaldırılması idi. Lakin bu baş vermədi və orduda ölüm halları artan müstəvidə davam etdi.

Orduda baş verənlərə münasibət öyrənmək üçün PİA.AZ-ın əməkdaşı hərbi ekspert Üzeyir Cəfərov ilə əlaqə saxladı. Üzeyir Cəfərov Zakir Həsənovun orduda qayda yarada bilməməsinin səbəbini çox riskli və bəzən də anlaşılmayan kadr təyinatları ilə əlaqələndirdi:

"Bir müddət Müdafiə Nazirliyi baş verənlər ilə bağlı məlumatları mətbuatdakı dostlarıma özüm bilərəkdən az bölüşürdüm ki, qoy hörmətli nazirimiz sakitcə öz kadr siyasətini həyata keçirsin. Amma, görürəm ki, Zakir Həsənovla Nəcməddin Sadıkov deyəsən orduda əməlli-başlı "eksperimentlər" aparmaqla məşğuldurlar. Özü də, çox riskli və bəzən də anlaşılmayan kadr təyinatları ilə.

Dünən dostlara müraciətimdə bildirmişdim ki, Zakir Həsənov Prezident İlham Əliyevlə birgə İran İslam Respublikasında səfərdə olan nümayəndə heyətinin tərkibində Tehranda olmalı idi. Amma Beyləqan Hərbi Birləşməsindəki son mina partlayışı, bir neçə hərbi qulluqçuların faciəli şəkildə həlak olması və ağır yaralananlarının olması ilə bağlı hadisə ölkə rəhbərliyinin dərin təəssüfünə və qəzəbinə tuş gəldiyinə görə müdafiə naziri Tehran səfərinə gedən nümayəndə heyətinin tərkibindən çıxarılıb. Ona əmr edilib ki, döyüş bölgəsi ilə məşğul olsun.

Elə srağagün Zakir Həsənov yenidən Beyləqan Hərbi Birləşməsinə gedərək orada geniş "razborka" aparıb. Birləşmə komandiri general Ayaz Həsənovu vəzifəsindən çıxarmaq istəyən nazirə bu imkan verilməyib. Ona general-polkovnik rütbəli şəxsdən edilən zəngdən sonra qərara alınıb ki, birləşmə komandiri deyil, onun birinci müavini - Qərargah rəisi vəzifəsindən çıxarılsın. Və bu yaxınlarda Zakir Həsənovun özü tərəfindən bu vəzifəyə təyin edilmiş polkovnik V.Ələsgərov tutduğu vəzifədən azad edilərək onun yerinə, nazir Zakir Həsənov tərəfindən ötən ilin oktyabrında Silahlı Qüvvələrin Baş İnspeksiyasının rəisi vəzifəsinə təyin edilmiş, Milli Qəhrəman polkovnik Fəxrəddin Cəbrayılov təyinat alıb.

Hesab edirəm ki, bu təyinat həm uğurludur, həm də Fəxrəddin Cəbrayılov üçün bir növ cəzadır. Bu il iyun ayında general rütbəsi almağa layiq olanlardan biri kimi o öz prinsipiallığının və Nəcməddin Sadıkovun, həmçinin MN sistemində artıq ad çıxarmış, ərköyün bir mayor rütbəli şəxsin qurbanına çevrildi. Çox heyf. Qısa bir müddətdə Fəxrəddin Cəbrayılovun rəhbərliyi altında orduda xeyli nöqsanlar aşkarlanmışdı və ona edilən yersiz xahişlərə, təzyiqlərə baxmayaraq o əsl zabit kimi öz işini görürdü. Zakir Həsənovdan daha bir neçə səs-küylü kadr təyinatları həyata keçirilib.

Onlardan biri haqqında qısaca deyəcəyəm. Ölkə başçısının vaxtıykən Qusarda keçirilən antiterror əməliyyatda yol verdiyi kobud səhvlərə görə vəzifəsindən azad edərək ehtiyata göndərdiyi polkovnik rütbəli bir zabiti general vəzifəsinə təyin edib. Özü də o gələcəyin zabitlərinə - Azərbaycan Ali Hərbi Məktəbində "nümunə" göstəriləcək.

Onu da deyim ki, bu zabit Zakir Həsənovun vaxtıykən Dövlət Sərhəd Xidmətində, sonralar Daxili qoşunlarda birgə xidmət keçdiyi adamdır. Mən deyəndə ki, hörmətli müdafiə naziri Zakir Həsənov kadrları peşəkarlığına görə deyil, şəxsi münasibətlərə və qohum-əqraba olduğlarına görə vəzifələrə təyin edir, çoxları inanmırdılar.

SQ Akademiyasına da yeni təyinat həyata keçirilib. Amma, strateji qoşun növümüz olan Hərbi Dəniz Qüvvələrinin hələ də komandanı və Qərargah rəisi vəzifələrində qərarlar verən şəxs və şəxslər yoxdur. Çünki o qurumun Elçin Quliyevin sərəncamına verilməsi məsələsi ciddi müzakirə edilir."

Niyaməddin
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar