Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zakir Həsənovun Moskva səfərlərinin əsas hədəfi


“Azərbaycan öz qəti mövqeyini ortaya qoyub... görünür, Rusiyanı narahat edən də elə budur”


Azərbaycanın müdafiə naziri Zakir Həsənovun son üç həftədə Rusiyaya səfərlər etməsi diqqət çəkib və müzakirələrə səbəb olub. 

Xüsusilə də Qarabağa “sülhməramlı”ların yerləşdirilməsi ilə bağlı təşəbbüslərin səsləndiyi, Ermənistana rus silahının növbəti partiyasının ötürüldüyü, üstəlik, Ermənistanda Rusiya ordusunun hərbi təlimlərinə start verildiyi bir dövrdə azərbaycanlı nazirin şimal qonşumuzu davamlı ziyarət etməsi bəzi müşahidəçilər tərəfindən təsadüf kimi qiymətləndirilmir. 

Hətta bu arada Rusiyanın Azərbaycanda Qəbələ RLS-in əvəzinə yeni hərbi obyekt tikmək niyyətinin olması haqda iddialar da dövriyyəyə buraxılıb. İddialara görə, 2017-ci ildə Qəbələdə “Voronej-DM” tipli yeni RLS-in tikintisi başlayacaq. 

Əksəriyyət belə düşünür ki, bütün bu təhdidlərin fonunda cənab Həsənovun Rusiyaya səfəri ən əvvəl Azərbaycanın maraqlarının təmin olunmasına hesablanıb. Çünki təyinat aldığı gündən kabinetdə deyil, cəbhə xəttində, əsgərinin yanında olmağa üstünlük verən müdafiə nazirinin Azərbaycan torpaqlarını işğaldan azad etməyə yönəlik fəaliyyəti hər kəsi məmnun edir. 

Hərbi ekspert Üzeyir Cəfərov də “Hürriyyət” qəzetinə açıqlamasında Azərbaycanın müdafiə naziri Zakir Həsənovun Rusiyaya səfərini şərh edib. Onun fikrincə, bu, adi səfər deyil: “Azərbaycan müdafiə nazirinin Rusiyaya səfəri, zənnimcə, həm idman, həm hərbi, həm də siyasi baxımdan planlaşdırılan və mühüm əhəmiyyəti olan bir səfərdir. Aydın məsələdir ki, hər iki dövlətin bu ranqlı şəxsləri görüşən zaman sadəcə idman yarışları, hərbi əməkdaşlıq məsələlərini müzakirə eləmirlər. Belə görüşlər zamanı Qarabağ mövzusu da müzakirə olunur. Çünki Rusiyanın böyük narahatlığı var. Azərbaycanın hərbi-siyasi rəhbərliyinin mövqeyi ondan ibarətdir ki, işğal altında olan torpaqlar tez bir zamanda azad edilməlidir və dövlətimizin ərazi bütövlüyü bərpa edilməlidir. Rusiya isə bundan çox narahatdır. Onlar öz vassalı olan ermənilərə havadarlıq etməkdə davam edirlər. Onlar çalışırlar ki, həm Ermənistanın daxili auditoriyasını, həm də erməni siyasi rəhbərliyini sakitləşdirsinlər, onları əmin etsinlər ki, Rusiya Ermənistanın yanındadır”.

Ekspert Rusiyanın sözü ilə əməli arasında uyğunsuzluğun davam etdiyini, Zakir Həsənovun səsləndirdiyi bəzi açıqlamaların Moskvada ciddi narahatlığa səbəb olduğunu vurğuladı: “Əslində Rusiya son vaxtlar bu prosesə çox mane olur. Guya onlar hansısa sülhyaratma missiyası ilə məşğuldurlar. Əslində isə Rusiya bu prosesi bir qədər də tormozlamağa cəhd edir. Yada salaq ki, may ayında Rusiyanın xarici işlər naziri azərbaycanlı həmkarı ilə görüşündə bildirdi ki, Dağlıq Qarabağ konfiliktinin həlli yetişib. Üstündən bir müddət keçəndən sonra yenə eyni fikirləri səsləndirir. Rusiya rəsmiləri bu yöndə bəyanatlar versələr də, ortalıqda real heç nə yoxdur. Buna görə də Azərbaycanın müdafiə naziri son vaxtlar cəbhə bölgəsinə etdiyi səfərlər çərçivəsində bir sıra fikirlər səsləndirdi. Bu fikirlər isə Rusiyanı narahat edir. Görüş zamanı bu məsələlərin də müzakirə edilməsi ehtimalı böyükdür. Azərbaycan öz qəti mövqeyini ortaya qoyub ərazi bütövlüyünü bərpa etmək üçün bütün lazımi addımları atacağını bəyan edib. Görünür, Rusiyanı narahat edən də elə budur”.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı “Yeni Müsavat”a bildirdi ki, nazirin Moskva səfərində qeyri-adi heç nə axtarmağa dəyməz: “İyul ayının sonlarında da müdafiə naziri Moskvaya getmişdi. Çünki beynəlxalq hərbi oyunlar keçirilirdi. Müxtəlif ölkələrin müdafiə nazirləri, hərbi rütbəli şəxsləri, o cümlədən bizim müdafiə naziri Rusiya müdafiə naziri, ordu generalı Şoyqunun dəvəti ilə o tədbirdə iştirak etdi. Nazir həm açılış, həm də bağlanış mərasimində, o cümlədən də mükafatlandırma mərasimində iştirak etdi. Hətta bunu Rusiya telekanallarından biri canlı olaraq yayımlayırdı, burda qeyri-adi heç nə yox idi. Açılış mərasiminə gedərkən cənab nazir rusiyalı həmkarı ilə görüşmüşdü, biz bu barədə də məlumat vermişdik. Bağlanış mərasiminə də qatıldı, bunlar planlaşdırılmış səfərlər idi. Yəni bu səfərlərə rəng qatmağa, yaxud hardasa müəmma axtarmağa ehtiyac yoxdur”.
 
Bu arada orduda kadr islahatlarının aparılması da əksəriyyət tərəfindən təqdir olunur. Yayılan xəbərə görə, Müdafiə Nazirliyində daha bir nəfər vəzifədən çıxarılıb. Aznews.az-ın məlumatına görə, nazirliyin Kadrlar İdarəsinin rəisi, general-mayor Rasim Əliyev vəzifəsindən azad edilib. General-mayor Müdafiə Nazirliyinin Mənəvi psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi vəzifəsinə gətirilib. Polkovnik Rüfət Əmirov iki gün öncə bu vəzifədən çıxarılıb. O, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi vəzifəsinə təyin olunub. R.Əliyev 2014-cü ilin may ayında Kadrlar İdarəsinin rəisi təyin edilmişdi. Bundan əvvəl isə o, Naxçıvan Muxtar Respublikasındakı Heydər Əliyev adına Hərbi Liseyin rəisi postunda idi.

Polkovnik Fuad Məmmədov Azərbaycan müdafiə nazirinin müavini, Müdafiə Nazirliyinin Maddi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən şəxs təyin olunub. Bu barədə virtualaz.org saytına mötəbər mənbələrdən məlumat daxil olub.

Xatırladaq ki, general-mayor Qorxmaz Qarayev Maddi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsindən azad olunub. General Qarayev hərbi birləşmələrdən birinin komandirinin müavini vəzifəsinə göndərilib.

Müdafiə Nazirliyi hələlik bu məlumatları nə təsdiq, nə də təkzib edir.(musavatcom)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar