Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zakir Həsənovun Türkiyə səfərindən nə gözlənilir?


Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı gözlənilən səviyyədə deyil


Ölkə başçısı Ilham Əliyevin Irana baş tutan səfərinin ardınca aprelin 14-də müdafiə naziri Zakir Həsənov bu ölkəyə səfər etdi. Iranın Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqanın dəvətilə baş tutan səfər çərçivəsində ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsi, regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparılması və Iranin ali rəhbərliyilə bir sıra görüşün keçirilməsi planlaşdırılmışdı. Aprelin 1-də isə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdət Özəl Azərbaycan Respublikasına rəsmi səfər etdi. 

Gələn həftə isə Zakir Həsənov Türkiyəyə rəsmi səfərə gedəcək. Dekabrın 24-25-də Ankarada səfərdə olacaq Z.Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyənin Milli müdafiə naziri Ismət Yılmaz, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdət Özəl, həmçinin bu ölkənin dövlət rəhbərliyi ilə görüşlər keçirəcək. Müdafiə naziri səfər çərçivəsində Türkiyə Aviasiya Sənayesi (TAI) və ASELSAN şirkətlərinə də baş çəkəcək.

Son günlər bu tipli səfərlərin intensivləşməsi təsadüfi görünmür. Bəzi ekspertlər hesab edir ki, Ukraynada baş verənlər, Rusiyanın aqressiv siyasəti, Azərbaycan hökumətini  narahat edir və müəyyən təhlükələri neytrallaşdırmaq üçün qonşu ölkələrlə hərbi sahədə əməkdaşlığa üstünlük verilir.  Belə ehtimal olunur ki, Azərbaycanın BMT-də Ukraynanın ərazi bütövlüyünün lehinə səs verməsi Rusiyanı narazı salıb və Azərbaycan tərəfi bu narazılığın xoşagəlməz nəticələrindən sığortalanmaq istəyir.

Israilin baş naziri Libermanın Azərbaycana səfəri də Azərbaycanın təhlükəsizliyinə zəmanət verilməsinin mesajı kimi qiymətləndirilir. “Doktrina” rəhbəri Cəsur Sümərənli hesab edir ki, son günlər belə səfərlərin intensivləşməsi ümumi strateji xəttə heç bir təsir göstərmir: “Zakir Həsənovun təyinatından bir müddət keçib və bu müddət ərzində bir çox səfərlər edib. Bu daha çox tanışlıq xarakteri daşıyır və hər bir nazirin ilk addımlarından biridir. Ancaq regionda vəziyyətin gərginləşməsi, Azərbaycanın hərbi-siyasi strategiyasında da müəyyən dəyişikliklərin edilməsinə səbəb olur. Bu prosedə əsas fiqurlardan biri də Müdafiə naziridir. Xüsusilə Türkiyə ilə əməkdaşlıq istiqamətində münasibətlərin daha da dərinləşdirilməsi perspektivi ortaya çıxıb. Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı gözlənilən səviyyədə deyil. Tərəflər arasında müəyyən sazişlər olsa da, əməli fəaliyyət gözə çarpmır. Ona görə də səfərlərin intensivləşməsi əməkdaşlığı yüksəltməklə bağlıdır. Bundan öncəki Iran səfəri də müəyyən suallara cavab tapmaq xarakteri daşıyırdı. Azərbaycan ərazisindən Irana qarşı istifadə edilməsi kimi məsələlər daim müzakirə predmeti ola bilir. Ümumilikdə hərbi-siyasi səfərlərin intensivləşməsi, ümumi strateji xəttə xidmət etmir”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar