Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zakir Qaralov Ann Brasör ilə görüşdü


Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb


  Bu gün Baş prokuror Zakir Qaralov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri xanım Ann Brasör ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan Respublikası ilə AŞ PA arasında əməkdaşlığın möhkəmləndirilməsinə böyük önəm verdiyini bildirən Baş prokuror ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində mütərəqqi qanunvericilik aktlarının qəbul edilməsi, bu islahatlar çərçivəsində prokurorluğun fəaliyyəti üçün normativ-hüquqi bazanın yaradılması, son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizə sahəsində mühüm qanunverici və praktiki tədbirlərin həyata keçirilməsi, ölkə həyatının bütün sahələrində şəffaflığın artırılmasına istiqamətlənmiş institusional islahatların aparılması barədə ətraflı məlumat verib.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqinin prokurorluq orqanları qarşısında prioritet vəzifə olduğunu diqqətə çatdıran Baş prokuror respublikamızda İnsan hüquqları üzrə Avropa Konvensiyasının implementasiyası, insan hüquqlarının qorunması istiqamətində aparılan işlər, o cümlədən “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar konkret işlərin həyata keçirildiyini xüsusi vurğulayıb.

AŞ PA ilə Azərbaycan Respublikası arasında sıx əməkdaşlıqdan və bu əlaqələrin daha da inkişaf etdirilməsindən məmnunluğunu ifadə edən qonaq ölkəmizdə məhkəmə-hüquq sistemində həyata keçirilən islahatları, xüsusilə korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işləri yüksək qiymətləndirib.

Daha sonra tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar