Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zaman “Qarabağ klanı”nın süqutuna, yoxsa “dirçəliş”inə zəmin yaradır?!...


Ermənistanda davam edən böhran və xalqın hakimiyyətə olan hikkəsi kuliminasiya nöqtəsinə çatıb


Sarkisyan rejiminə qarşı hiddətlənən xalq hər keçən gün yeni etiraz dalğası ilə ayağa qalxır, ölkənin bir çox şəhərlərində müxtəlif qrupdan olan kütlələrin etirazları gündən-günə genişlənir. 

Hakimiyyət isə əhalini nəzarətdə saxlamaq bahasına repressiv addımlara əl atır. Artıq uzun zamandır ki, ölkə rəhbərliyinin göstərişi ilə əhali bir çox sahədə “dalana sıxışdırılır”. Ölkədə müxtəlif məsələlərə narazılıq məqsədilə etirazlara başlayan xalqa Ermənistan prezidentinin göstərişi ilə polisin qeyri-adekvat güc tətbiqi müşahidə olunmaqdadır. Bir-birinə zəncirvari bağlı olan nümayişlərin ana xəttində isə indiki hakimiyyətin devrilməsi istəyi yer alır. Artıq Sarkisyan və onun komandası hesablayırlar ki, vəziyyət belə davam etsə, bu onların hakimiyyətinin sonunun başlanğıcı olacaq. Məhz məsələyə nəzarəti gücləndirmək məqsədi ilə də Serj Sarkisyan Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisininin müavini Lyova Mnatsakanyanı qondarma “Dağlıq Qarabağ Respublikası”nın “müdafiə naziri” vəzifəsinə göndərdi, qondarma “Dağlıq Qarabağ Respublikası”nın “müdafiə naziri” Movses Akopyanı isə Ermənistan Silahlı Qüvvələrinin qərargah rəsinin müavini vəzifəsinə təyin etdi. Şübhəsiz ki, bu yerdəyişmələr təsadüfi deyil. Bunların hamısı Ermənistanda prezidentin öz hakimiyyətini qoruyub saxlamaq üçün “Qarabağ klanı”na söykənmək siyasətindən qaynaqlanır. Ermənistan müxalifəti, Ermənistan xalqı isə prosesləri artıq çox gözəl dərk edir. Ona görə xalqın etiraz dalğası gündən-günə artmaqdadır, çünki hesab edirlər ki, Serj Sarkisyan müxtəlif yollara əl atmaqla faktiki olaraq özünün hakimiyyətini qoruyub saxlamağa iddialıdır. Xalq isə antimilli hakimiyyət adlandırdığı Sarkisyan rejiminin sonunu tələb edir.

Çünki onlar çox yaxşı başa düşürlər ki, Sarkisyanın xaricdən aldığı yardım və ianələrin hamısı onun şəxsi varlanmasına xidmət göstərir. Ermənilər bilir ki, təkcə işğal altındakı Dağlıq Qarabağ ərazisində narkotiklərin qeyri-qanuni yetişdirilməsi və satışı mərkəzi hakimiyyətə milyonlar qazandırıb. Sarkisyan və onun komandası dünyada narko-baron statusundadır və onların bu vəsaitdən əldə etdiyi gəlirlər isə bir çox hallarda terrorizmin maliyyələşdirilməsinə və Azərbaycan ərazisində terror aktlarının həyata keçirilməsi məqsədinə xidmət edir. Təəssüf ki, bütün bu reallıqlara beynəlxalq birlik, beynəlxalq təşkilatlar göz yumur, lazımi qiymət vermir. Ermənistan kimi terrorçu bir ölkəyə münasibətdə müvafiq cəza təsir mexanizmləri işə salınmır. Bu ölkədə insan haqlarının kobud şəkildə pozulması faktları beynəlxalq qurumlar tərəfindən gözardı edilir.

Çox maraqlıdır, Bakıda keçirilən birinci Avropa Oyunları ilə bağlı Azərbaycana qarşı qarayaxma kampaniyası keçirən bəzi “böyük, söz sahibi” olan dairələr niyə Ermənistandakı bu özbaşınalıqları görmürlər?! Yoxsa görür, səsini çıxartmırlar? Bu məsələlər təbii olaraq bir sıra suallara səbəb olur. Suallara isə cavab tapmaq əslində çətin deyil - bu birbaşa ikili standartların nətcəsidir... Yəni bir halda təzyiq etmək üçün Azərbaycanda insan haqlarından bəhs edirlər, başqa bir halda isə Ermənistanda hakimiyyət gözlərinin qarşısında insanlara qarşı güc tətbiq edir, buna səs çıxarmırlar.

Dünyanın bir çox ölkələrində işğalçı, terrorçu, cani kimi tanınan Ermənistan hakimiyyəti bu gün bir reallığın da fərqindədir - Dağlıq Qarabağ düyününün açılması çox da uzaqda deyil. Dağlıq Qarabağ düyününün açılması isə Sarkisyan rejiminin sonu deməkdir. Hamıya yaxşı bəllidir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ermənilərə real təsir imkanı olan dövlət Rusiyadır. Bu gün isə Ermənistanda hakimiyyətə yaxın müəyyən siyası dairələr həyəcan təbili çalır. Çünki hadisələrin son gedişatını analiz etsək görərik ki, Rusiya bir çox hallarda Azərbaycanla daha sıx əməkdaşlıq həyata keçirir, nəinki Ermənistanla. 
Çox uzağa getməyək - Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana birinci Avropa Oyunlarının açılışına gəlməsi, onun Azərbaycan Prezidenti İlham Əliyev ilə təkbətək görüşməsi və bu görüşlər çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi Ermənistanda müəyyən mənada gərginliyə səbəb olub. Qarşı tərəf düşünür ki, Rusiyanın Azərbaycan ordusuna ən müasir silahları satması, ermənilərin təbirincə desək, “silahların muzeydə saxlanılması” üçün deyil. Yəni, zamanı çatanda bu silahlardan Azərbaycan Ermənistana qarşı öz əraziləri üzərində suveren hüquqlarının bərpası üçün istifadə edə bilər. Təbii ki, burda bir sual da meydana çıxır, bir tərəfdən Azərbaycana satdığı silahlarla və müəyyən məsələlərdə ölkəmizlə əməkdaşlıqla özünü bizə müttəfiq göstərən Rusiya digər tərəfdən də Serj Sarkisyanın hakimiyyətini öz planına uyğun şəkildə dəstəkləyir. Demək olar ki, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində göz görə-görə ikili standartlarla çıxış edən Rusiyanın istənilən “sürpriz”i gözləniləndir.

Son hadisələri başqa bir tərəfdən analiz edəsi olsaq, Rusiyaya qarşı Qərbin tətbiq etdiyi sanksiyalar nəticə etibarı ilə Ermənistanda da öz təsirini göstərməyə başlayıb. Rusiyanın özündə də praqmatik qüvvələr onun fərqindədir ki, ac-yalavac ermənilərin yükünü daşımaqdansa Azərbaycanla əməkdaşlığın genişləndirilməsi daha mühümdür. Çünki Bakıda reallaşan birinci Avropa Oyunları göstərdi ki, Azərbaycanla Ermənistan arasındakı fərq müqayisəolunmaz dərəcədə böyükdür. Elə bu reallıqlar fonunda da Ermənistan hadisələrin fərqli müstəvidə “inkişaf”ından narahatdır, çünki bu “inkişaf” əsas müttəfiqləri olan Rusiyanın Dağlıq Qarabağ münaqişəsində mövqeyini dəyişməsinə gətirib çıxara bilər.

Beləliklə, həm ölkədə hakimiyyətin olmayan nüfuzunun gün keçdikcə aşağı düşməsi, həm də Azərbaycanın dünyanın söz sahibi olan əksər ölkələri ilə münasibətlərində istiləşmə tendensiyasının yüksəlişi, dostluq əlaqələrinin genişləndirilməsi Sarkisyan rejimini isterik vəziyyətə gətirib çıxarır. Ona görə də Ermənistan dövləti daxili auditoriyanın fikrini yayındırmaq üçün ölkədaxili xaos yaratmaqla, qoşunların təmas xəttində atəşkəs rejimini pozmaqla, hətta hərbi insidentə yol verməklə bir növ “vəziyyətə nəzarət” edir. Elə buna görə də Sarkisyan ölkədə kadr dəyişikliyini həyata keçirir, yəni “Qarabağ klanı”ına mənsub olan şəxslərin yerdəyişməsi öz mövqelərinin möhkəmlənməsi prosesinə start verir.

Ceyhun Ələkbərov
“Soyqırımı Həqiqətlərinin
Tanıdılması” İctimai Birliyinin sədri

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar