Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zaqatalanın icra başçısının milyonluq villası və xaricdən gətirtdiyi itləri - Fotolar


Bu villaların qapısının qarşısında bahalı maşınların dayandığını qeyd edən kənd sakinləri, icra başçısının İlisuda xüsusi hörmətə sahib olan itlərini də unutmayıblar


Heç kimə sirr deyil ki, bir çox ölkələrdən fərqli olarpaq Azərbaycanın ən varlı insanları iş adamları deyil, məmurlardır. 

O məmurlar ki, aldıqları maaşları 500-1000 manat arasında olmasına baxmayaraq, hər gün xərclədikləri cib xərclikləri 2-3 min manat olur. Bu məmurların bahalı maşınları və milyonluq villaları isə hər yerdə hər kəsin gözlərini qamaşdırır. Bəs bu qədər varidata, cah-cəlala məmurlar necə sahib olurlar? Təbii ki, dövlətin pullarını talan etməklə və rüşvət almaqla.

Qeyd edək ki, ölkə prezidenti bir müddət əvvəl Səbail rayonunda yerləşən «Dostluq» parkında inşa edilən milyonluq vilların sökülməsi üçün tapşırıq verdi. Təsadüfi deyil ki, möhtərəm prezidentimizin özünün də qeyd etdiyi kimi həmin milyonluq villaların sahibləri tapılmadı. Çünki bu vilların sahibləri çıxıb deyə bilməzdilər ki, bu villa mənimdi və mənim bu villa üzərində mülkiyyət hüququm var. Onda o məmurlar həmçinin bu villaları hansı qazancla əldə etdiklərini də açıqlamaq məcburiyyətində qalardılar. 

AzMedia.info saytının əməkdaşı bu yaxınlarda Qax rayonunun İlisu kəndində olarkən kəndin ən mənzərəli yeniində dağları qoynunda Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadəninin villasının şəkillərini çəkib. Yerli sakinlərin bildirdiyinə görə icra başçısı yay aylarında bu villada yaşayır. İlisudakı karyerləri qanunsuz olaraq ələ keçirib işlədən Zaqalanın icra başçısı, bu kənddə demək olur ki, sevilmir. Sakinlər bildirir ki, gündə 12 saat müddətində karyerdə kənd sakinlərini çalışdıran icra başçısı onlara qəpik-quruş verir. 

Əməkdaşımıza Mübariz Əhmədzadənin İlisu kəndindəki  milyonluq villasından danışan kənd sakinləribaşçının xidməti maşını olan 62 AA 001 dövlət nömrə nişanlı maşının həmişə villanın qqarşısında dayandığını bildiriblər. Villanın qonaqlarının çox olduğunu və daima bu villarnının qapısının qarşısında bahalı maşınların dayandığını qeyd edən kənd sakinləri, icra başçısının İlisuda xüsusi hörmətə sahib olan itlərini də unutmayıblar.

Sakinlər bildirir ki, villanın qoruyucuları olan bu itləri Mübariz Əhmədzadə xüsusi olaraq Almaniydan gətizdirib. İtlərin xüsusi baxısısı var və bu itlərə Bakıdan, ya da Gürcüstandan xüsusi yem gətizdirilir. İlisuda bu itlərə heç kimə toxuna bilməz. İtlərin əsas vəzifəsi isə Mübariz Əhmədzadəninin villasını kənar adamlardan qorumaqdır. Xüsusi təlim görmüş bu itlər villaya icazəsiz girən heç kimə göz açdırmır.

Mübariz Əhmədzadə bu villanı hansı qazancı ilə əldə etməsi ilə bağlı ictimaiyyəti maraqlandıran suallara açıqlıq gətirsəydi biz öz adımızdan hörmətli başçıya minnətdar olardıq. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

PİA.AZ AzMedia.infoya istinadən Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin villasının şəkillərini təqdim edir:

pia.az




Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar