Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zaur-Elin qardaşlarının anası danışdı və jurnalistləri günahlandırdı


Zaur-Elin qardaşlarının anası danışdı və jurnalistləri günahlandırdı


Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızı Ülkər İsayevanı döyməkdə ittiham olunan Zaur və Elin qardaşlarının anası Gülnarə Məmmədova məhkəmədən sonra jurnalistlərin suallarını cavablandırıb. 

Musavat.com-un reportyoru Məhəmməd Türkmənin verdiyi xəbərə görə, qardaşların anası G.Məmmədova məhkəmənin oğlu Zaurla bağlı çıxardığı iki aylıq həbs qətimkan tədbirini ağır cəza sayır:

“Zərərçəklən olmadığı halda mənə belə bir qərar çox ciddi gəldi. Məhkəmənin ədalətinə ümid edirəm. Prosesdə şəxsən iştirak etməmişəm, məhkəmə bağlı qapılar arxasında keçirilib”.

Məmmədovların anası Hamlet İsaxanlının döyülən qızın Ülkər deyil, onun rəfiqəsi Katya olmasına da münasibət bildirib:

“Əgər siz qanunsuz, naməlum şəkildə mətbuata düşən o videoya baxsanız görərsiniz ki, orda heç kim döyülmür. Orada sadəcə aparmaq istəmədikləri qızı maşından düşürməyə çalışırlar. Mən videodakı cavanın kim olduğunu bilmirəm". 

G.Məmmədova bildirib ki, həmin videoya baxmayıbmış.  O, oğullarının istintaqı ilə əlaqədar olaraq videoya baxdığını və orada görünən heç kəsi tanımadığını bildirib: "Mənim heç bir davadan xəbərim yoxdur. Indiyə qədər də bilmirəm ki, onları nədə ittiham edirlər”.

Gülnarə Məmmədova sözünün sonunda jurnalistləri günahlandırıb, deyib ki, onlar onun oğulları barədə yanlış rəy yaradırlar. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar