Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zəncirvari qəzada 3 maşın yararsız hala düşdü


Xoşbəxtlikdən xəsarət alan olmadı


Lənkəranda zəncirvari yol-nəqliyyat qəzası baş verib. 

Ans press-in əldə etdiyi xəbərə görə, hadisə Lənkəran-Boradigah yolunun rayonun Şağlaser kəndindən keçən hissəsində qeydə alınıb. Lənkəranın Cil kənd sakini Fövzü Bağırovun idarə etdiyi “Mersedes” markalı minik avtomobili qarşı tərəfdən gələn Farid Eyvazovun idarə etdiyi “VAZ-21011” markalı minik maşını ilə toqquşub. Daha sonra “Mersedes” markalı avtomobil yolun kənarında dayanmış Lənkəranın Şağlaser kənd sakini Yalçın Əliyevə məxsus “VAZ-2106” markalı minik avtomobilinə çırpılıb. Zəncirvari qəza nəticəsində xəsarət alan olmasa da, hər üç nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Hadisə baş verən ərazidə tıxac yaranıb. Əraziyə yol polisinin əməkdaşları cəlb olunublar. Onların müdaxiləsi ilə şose yolda yaranan tıxac aradan qaldırılıb. 

Hadisənin baş vermə səbəbləri həyata keçirilmiş avtoekspertizanın rəyindən sonra məlum olacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar