Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zəngilansızlığın zəngi



Elşad Paşasoy yazır


İşğaldakı Qarabağdan çox yazdıq, lap çox. Əksər hallarda da özümüz yazıb özümüz oxuduq. Çünki bizim yazdıqlarımızı ölkə xaricində ya oxumaq istəmədilər, ya da özlərini korluğa vurub görməzdən gəldilər.  Əgər belə olmasaydı, ABŞ Dövlət Departamentinin sözçüsü Kəlbəcər girovlarının qondarma rejim tərəfindən mühakimə olunmasından xəbərsiz olduğunu deməzdi. Dörd aydır erməni terrorçular dədə-baba yurdunu ziyarətə gedən iki azərbaycanlını girov saxlayır, üçüncü həmvətənimizin meyitini aylardan sonra qaytardılar, az qala yerdə gəzən qarışqaların sayını da kosmosdan dəqiq müşahidə etmək imkanlarına malik olan dünyanın supergücünün təmsilçisi bundan “xəbərsiz” imiş.    

Hansı ki, avqustun 7-də Tovuz ərazisinə keçən Karen Petrosyan adlı erməni bir gün sonra qəfil öləndə Amerika dərhal etiraz bəyanatı vermişdi. Ardınca da Rusiya, Fransa... Ancaq Parisdə prezidentlər görüşən gün Xankəndində azərbaycanlılara “məhkəmə” şousu quruldu, həmsədr ölkələrin prezidentlərindən münasibət görmədik. İkili münasibət belə olur...

ABŞ-dan gələn bu anormal reaksiya olmasaydı, əslində bütövlükdə Zəngilandan yazacaqdım, 21 il öncə Ermənistanın zəbt etdiyi sonuncu qalamızdan. Düzdür, Zəngilanın yarası yeni deyil, hələ 1929-cu ildə rayonun Nüvədi, Toğud, Ernəzir kəndləri, 1946-cı ildə isə 4 min hektar meşə sahəsi Azərbaycandan alınıb Ermənistana bağışlanıb. 1993-cü ildə də 235 şəhid və işğal olunan bütün rayon.    Tanınmış jurnalist Qulu Məhərrəmlinin dediklərini xatırlayıram: “Anam hərdən qalxırdı ayağa ki, a bala, durun gedək kəndimizə”. Ağbirçək anası doğma Babaylı kəndinə getmək istəyirdi. Gedə bilmədi, gözlərini həyata əbədi yumdu və doğma kəndindən nigaran köçdü. Ancaq dünyasını nakam dəyişənlərimiz minlərlədir. Qulu Məhərrəmli də hələlik özünü  hər gecə yatmazdan öncə Zəngilan haqda filmə baxmaqla ovudur. Ancaq nə vaxta qədər?!  

Ermənilər Zəngilanda film, klip, foto, kabab, ən nəhayət, kef çəkir, bizsə dərddən vərəmləyənlərimizin statistikasını aparırıq. Təkcə son aylarda işğalçıların Qarabağdan, elə Zəngilandan çəkib yaydıqları kadrlara baxın. 

Yayda Həkəri, Bərgüşad və Oxçu çaylarında çimirlər, münbit torpaqlarımızda qarpız yetişdirib satırlar, payızda bu yerlərin barından bəhrələnirlər, qışda qarından şaxta baba düzəldir, yazda otu-çiçəyi içində uzanb bizə acıq verirlər. Yəni yaşayırlar. Xaricdə yaşayan erməni milyonçunun hesabına Zəngilanda kilsə tikiblər.  Erməni həyasızlığı o həddə çatıb ki, Qarabağ separatçılarının lideri Bako Saakyan tarixən ermənilərin yaşamadığı Zəngilanın düz mərkəzində uşaq bağçasının və xəstəxananın açılışında iştirak edir. Özü də bu açılışları Zəngilanın işğal günü bizə “hədiyyə” etdilər. Azərbaycanın Qarabağ bölgəsini işğal altında saxlayan Ermənistan ətraf rayonları da məskunlaşdırmaqla bizə açıq meydan oxuyur. Uşaq bağçası o deməkdir ki, ermənilər bu yerlərdən cəhənnəm olub getmək niyyətində deyil. Acından ölən Ermənistan Zəngilanda ona görə tikinti aparmır ki, sabah 5, ya 7 rayonu Azərbaycana qaytarsın.  

Qulu Məhərrəmli bir şey də danışmışdı. Demişdi ki, Zəngilan camaatı rayondan çıxanda jurnalist həmkarlarımızdan birinin babası ayağını yerə dirəyib, gəlməyib, deyib “burda qalacağam, ölmək lazımdırsa da, mən burda öləcəyəm”. Kim bilir, bəlkə elə o kişi indiyə qədər sağdır. Nədən Zəngilana bu qədər vəfalı olan ağsaqqalı qurtara bilmirik?    Ermənilər Zəngilanda “administrasiya” yaradıb, ona Ruben Matevosyan adlı qulduru “rəhbər” təyin edib. Bu quldur da deyib ki, hazırda rayonda Suriyadan gələn ermənilərə 30 mənzilin açarları təqdim olunub. Söhbət hansı mənzillərdən gedir, bilmirik.   

Ancaq düşmən bizim evləri suriyalılara dədə malı kimi paylayır. Heç xeyrini görməsinlər, gücümüz hələ ki, qarğışa çatır...   

Dünən (28 oktyabr) gecəyarısı Zabildən zəng gəldi. İşdə olarkən ermənilərin Zəngilanda bağça açılışı eləməsindən, qızıl mədənlərimizi talamasından danışıb dərdləşmişdik. Gecənin bir aləmi, işğal anlarını 21 il sonra yenidən yaşayan Zabil necə dolmuşdusa, ürəyini boşaltmağa ünvan arayırdı.

“Mən 16 yaşımda Arazın o tayından evimizin necə yandırıldığını öz gözlərimlə görmüşəm...” - deyirdi jurnalist həmkarım. Ağrılıdır. Adamın evi yanar, ancaq qaçıb bir vedrə su tökmək imkanı olmasa, ürəyi dağılar. O da ola bu evi erməni yandıra, əlin yetməyə, uzaqdan özün yana-yana qalasan. Özü də 21 il!   

Zabil Müqabiloğlunun nə çəkdiyini mən o zəngdən sonra daha yaxşı anladım.

Onu gecə yarısı yaxşı anlaya bilən həmkarına zəng etməyə Zəngilansızlıq ağrısı vadar etmişdi, şübhəm yox. Bu, Zəngilansızlığın zəngi idi. Nə qədər cəng olmayacaqsa, ürəklərin boşalması üçün zənglər olacaq. Çəkiləsi dərd deyil qardaş... (modern.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Ən çox oxunanalar