Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zərdabda Mircəlal Mirzəyev 383 min manatı necə xərcləyib?

Camaatı suyla imtahana çəkən Suvarma Sistemləri İdarəsinin rəisinin dünyayi-aləm vecinə də deyil


Azərbaycanın su sarıdan korluq çəkən Aran rayonlarından biri də Zərdabdır. 

Kür çayının üzərində yerləşən bu rayonun normalda içməli və suvarma suyuna ehtiyacı az olmalıdır. Lakin durum tamamilə fərqlidir. 

PİA.AZ Politika.Az-a istinadən xəbər verir ki, Zərdabda əkin sahələrinin suvarılması işini yerli Suvarma Sistemləri İdarəsi həyata keçirir. Daha doğrusu, rəsmi sənəd üzərində belədir. Reallıqda isə bu idarənin rəisi Mircəlal Mirzəyev zərdablıları su ilə imtahana çəkmək kimi bir işə qol qoyub. 

Gələn xəbərlərə görə, Mircəlal Mirzəyevi maraqlandıran satacağı sudan əldə etdiyi gəlirdir. Əlindəki böyük imkanlar hesabına istədiyini diqtə edən idarə rəisi fermerlərin qəniminə çevrilib. Məlumatlarda vurğulanır ki, sözügedən şəxs ən maksimum dərəcədə əkin sahələrinin suvarılması işini ona görə təşkil etməyib ki, insanlar kənd təsərrüfatı ilə rahatlıqla məşğul olub, məhsul götürüb və bununla da dolanışığını qursun. Əksinə, bu işlər ona görə yüksək təşkil olunub ki, həm fermerlərə su satılması nəticəsində pul qazansın, həm də büdcə pullarını asanlıqla silmək mümkün olsun. 

Sayt xəbər verir ki, Mirzəyev təkcə su satışından deyil, eyni zamanda rəhbəri olduğu idarənin texnikasından da qazanc əldə edir. Məsələn, Zərdab Suvarma Sistemləri İdarəsinə məxsus traktor və digər texniki vasitələri ayrı-ayrı adamlar üçün odun daşımaqdan tutmuş, yer şumlamağa qədər hər işdə görmək olar. Məhsunu daşınması və digər işləri də buraya əlavə edərsək, o zaman durumun nə şəkildə olduğu anlaşılar. 

Bayaq qeyd etmişdi ki, Mircəlal Mirzəyev, həm də büdcə pullarının silinməsi üçün əlindən gələn hər şeyi edir. Sayt yazır ki, təkcə keçən il büdcədən ayrılmış 383 min manatın da başına elə bir müsibət açılıb ki, nə adını tutan var, nə də izini bilən. Belə ki, həmin pulun 140901 manatı idarə üçün ehtiyat hissələrinin alınmasına sərf olunduğu sənədləşdirilib. Maraqlıdır ki, bu hansı ehtiyat hissələridir? Əgər söhbət idarənin suvarma sistemlərinə aid olan hissələrindən gedirsə, kanallardan tutmuş, su şırnaqlarına qədər hər şeyin bərbad gündə olmasını bilməyən yoxdur. Yox, əgər, həmin pul texnika üçün sərf olunubsa, idarənin nəzdindəki maşın və texnika icarəyə verildiyindən, onları icarəyə götürənlər təmir edirlər. Belə olan təqdirdə, 140 min manatın mənimsənildiyi şübhəsi yaranır ki, bunun da məntiqli bir açıqlaması olmalıdır. 

Qeyd olunan vəsaitin 242790 manatı da eyni aqibətlə üzləşib. Bu dəfə də həmin pulun bir qismi ehtiyat hissələrinin alınmasına, bir qismi isə mal və materialların alınmasına sərf olunduğu kimi göstərilib. İndi haqlı olaraq sual ortaya çıxır ki, Mircəlal Mirzəyev bu qədər büdcə pulunu silmək üçün başqa vasitələr tapa bilməyibmi? Məsələn, o, pulları sənədləşdirə bilərdi ki, vəsait dəftərxanaya, yeni sistemlərin və ya texnikanın alınmasına sərf olunub. Daha 383 min manatlıq ehtiyat hissəsi olaraq silinməni sənədləşdirmək «qarğa, qarğa, məndə qoz var» deməkdən başqa heç bir fikir yaratmır. 

Qarşı tərəfi də dinləməyə hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar