Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zərdüşt Əlizadə Qarabağda yeni döyüşlərdən danışdı


“Münaqişəni gələcəkdə ərəb-İsrail məsələsinin taleyi gözləyə bilər”


Məşhur azərbaycanlı politoloq Zərdüşt Əlizadə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin vasitəçiliyi ilə AzərbaycanErmənistan arasında münaqişənin dinc yolla həll etmək üzrə davam edən danışıqlardan müsbət nəticə gözləmir.

Oxu.Az xəbər verir ki, bu barədə politoloq “İnterfaks” agentliyinə verdiyi müsahibəsində bildirib.

“Mən danışıqlardan konkret olaraq müsbət heç nə gözləmirəm. Danışıqların məqsədi aydındır – bu münaqişəni dondurmağa və problemin mahiyyətinin dəyişməz olaraq saxlamağa cəhddir. Rusiya da bu mövqedən çıxış edir”, - ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə AzərbaycanErmənistan prezidentlərinin Vyanada baş tutan görüşünü şərh edərkən  Z.Əlizadə bildirib.

Politoloqun sözlərinə görə, Kreml uzaq başı danışıqların formatını müəyyən şəkildə dəyişməyə hazırdır.

Politoloq, həmçinin Qarabağ münaqişəsinin tənzimlənməsində digər vasitəçilərin – Fransa və ABŞ-ın da fəaliyyətini səmimi hesab etmir.

“Fransa və ABŞ-a gəldikdə isə onlar sadəcə münaqişədən faydalanmaq istəyirlər və faydalanırlar da”, - o deyib.

Z.Əlizadə Ermənistan-Azərbaycan münaqişəsi xəttində vəziyyətin cari ilin aprel ayının əvvəlində olduğu kimi yenidən gərginləşməsini istisna etmir.

“Təbii ki, bu, təkrarlana bilər”, - o vurğulayıb.  

Politoloqun fikrincə, işğal edilmiş bir sıra rayonların Azərbaycana qaytarılması sadəcə söhbətdir.

Z.Əlizadə hesab edir ki, Ermənistan-Azərbaycan münaqişəsini gələcəkdə, 70 ilə yaxın həll edilməyən ərəb-İsrail məsələsinin taleyi gözləyə bilər. Bundan başqa onun fikrincə, vasitəçilər xalq diplomatiyasının yürüdülməsinə mane olurlar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar