Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zəvvarlarımız üçün ayrılan yerlərin sayı azaldılıb

Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarlar üçün ayrılan yerlərin sayı azaldılıb


Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, zəvvarlar üçün ayrılan yerlərin sayı 1500-dən 1040-a endirilib. Ayrılan 1040 yerdən 600-ü nisbətən şəraiti zəif olan ziyarət xidməti üçün, 440-ı isə VİP ziyarət xidməti üçün nəzərdə tutulur.
 
Kvotanın endirilmə səbəbi açıqlanmasa da, bildirilir ki, ayrılan yerlərdən artıq müraciət olduğu halda, əlavə yerlərin alınması gözləniləndir. Xatırladaq ki, bu say ötənilki kvotadan 4 dəfə azdır.
 
Aprelin 1-dən Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb. Ziyarət zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, 4 nəfərlik otaqlarda yerləşmək üçün 4500 dollar, nisbətən ucuz, 6 nəfərlik otaqlarda qalmaq üçün isə 3500 dollar tələb olunur. Dolların məzənnəsinə görə builki ziyarət xərcləri ötən illə müqayisədə bahadır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar