Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zığ sakinləri PA-nın qarşısında oturaq aksiya keçirir


Evləri sürüşmə zonasında olan Zığ qəsəbəsi sakinləri hazırda Prezidenti Administrasiyasının (PA) qarşısında toplaşıb.


Hazırda PA-nın qarşısında 50-dən çox qəsəbə sakini rəsmi şəxslərlə görüş tələb edir. Onlar PA-nın qarşısındakı bağda oturaq aksiya keçirməyə qərar verdiklərini bildirirlər.

Polis aksiya iştirakçılarından dağılışmağı tələb etsə də onlar qərarlarında qəti olduqlarını söyləyib: “Biz baş nazirin müavini Abid Şərifovla görüş tələb edirik. Əgər Abid müəllim bizi qəbul etməsə, aksiyamızı davam etdirəcəyik. Bu dəfə Zığda fasiləsiz oturaq aksiya keçirəcəyik. Evlərimiz təhlükəli sürüşmə zonasındadır. Hər an başımıza uça bilər. Amma heç kim bizimlə maraqlanmır. Dəfələrlə gəlib baxıblar, o evlərdə yaşamağın təhlükəli olduğunu deyiblər. Amma problemə əncam çəkən yoxdur. Evi uçmaq üzrə olan ailələrin bir çoxu köçürülüb. Suraxanı Rayon İcra Hakimiyyəti o zaman vəd etmişdi ki, evindən köçürülən sakinlərə kirayə pulu veriləcək. Amma bu vəd də elə söz olaraq qalıb. Elə ailələr var ki, artıq 5 ildir, eləsi var 3 ildir, 2 ildir kirayələrdə yaşayır. Amma Suraxanı RİH onlara vəd etdiyi kirayə pulunu da vermir”.

Qeyd edək ki, aksiya iştirakçıları görüş tələblərinə  əməl olunmayacağı təqdirdə Zığa qayıdacaqlarını, saat 16:00-da orada aksiyaya başlayacaqlarını və yolu bağlayacaqlarını bəyan ediblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar