Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zirədəki hərbi hissədə silahlı insident: ölən var



Hərbçi silhasız sakini güllələyib öldürdü; Ölən şəhid qardaşıdır


Martın 31-i günorta saatlarında Bakının Zirə qəsəbəsində yerləşən «N» saylı hərbi hissədə silahlı insident baş verib. 

Hərbi hissənin ərazisində çaşır (göyərti növü) yığan Xəzər rayon sakini Zəfər Şahverdiyev orada xidmət edən hərbiçi tərəfindən güllələnib. 

Hadisə zamanı Z.Şahverdiyevin yanında əmisi oğlu Yavər Şahverdiyev və yaxın qohumu Elnur Şirinov da (hər üçü Kəlbəcərdən məcburi köçkün düşüb) olub. Hərbiçi bunları görən kimi yerə yatmalarını əmr edib. Z.Şahverdiyevin yerə yatmadığını görəndə isə əlindəki silahla ona atəş açıb. Bu biri iki nəfər isə digər hərbiçilərlə birgə hərbi hissəyə aparılıb. 

Qohumları Zəfər Şahverdiyevin qan itirdiyini, ona kömək etmək istədiklərini desələr də, hərbiçilər onlara məhəl qoymayıblar. Hər iki şəxs sənədləri əllərindən alındıqdan sonra evə buraxılıb. 

Sonradan Z.Şahverdiyev Zirədəki xəstəxanalardan birinə aparılıb. Yaralının xəstəxanaya kim tərəfindən aparıldığı məlum deyil. Həkimlər vəziyyəti ağır olduğu üçün onun Sabunçu rayon xəstəxanasına köçürülməli olduğunu bildiriblər. Lakin çoxlu qan itirən Z.Şahverdiyev elə yoldaca keçinib. Onun sabah dəfn ediləcəyi bildirilir.
 
47 yaşlı Z.Şahverdiyevin qardaşı Qarabağ döyüşlərində şəhid olub. (azadlıq.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

  • Gündəm
  • Aktual
  • Gerçəklər

Ən çox oxunanalar