Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ziya Məmmədov “Hafka”nı açıq şəkildə “vurdu”


Nəqliyyat Nazirliyi “London taksiləri”ndə çalışan sürücülərin üzləşdiyi problemlərə münasibət açıqlayıb.


Nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov açıqlamasında sürücülərin gündəlik planlarının qaldırılması, onların işdən çıxarılması ilə bağlı şikayətlərin təmsil etdiyi quruma aidiyatı olmadığını deyib.

Onun sözlərinə görə, “London taksiləri” “Bakı Taksi” MMC-yə aid olduğu üçün Nəqliyyat Nazirliyi bu məsələyə müdaxilə edə bilməz.

Bakı Taksi” MMC müstəqil şirkətdir. Bunun Nəqliyyat Nazirliyinə heç bir aidiyyatı yoxdur. O vaxt “London taksiləri” Azərbaycana gətiriləndə həmin taksiləri şirkət öz boynuna götürmüşdü. Ona görə, nazirliyin məsələ ilə bağlı aidiyyatı yoxdur. Amma buna baxmayaraq bütün bu olaylardan xəbərdarıq”-deyə nazirlik sözcüsü qeyd edib.

Xatırladaq ki, bir neçə gün öncə Bakıda fəaliyyət göstərən “London taksiləri”nin sürücüləri etiraza qalxıblar. Onlar gündəlik planlarının qanunsuz olaraq qaldırılmasından şikayət edirlər. Belə ki, şirkət sürücülər qarşısında şərt qoyaraq gündəlik 34 manat plan vermələrini tapşırıb. Halbuki, plan bundan öncə 28 manat idi.

Bu olaydan şikayətlənən sürücülər Nəqliyyat Nazirliyindən kömək istədiklərini qeyd edirdilər.
(AzVision.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar