Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ziya Məmmədova “yolun sonu” görünür


Tikintisinə 545 milyon 287 min 800 manat xərclənən Bakı-Quba-Rusiya avtomobil yolunun beton üzlükləri sökülür; nazirin vəziyyətini mürəkkəbləşdirən daha üç səbəb də var...


Nəqliyyat naziri Ziya Məmmədovun və ətrafının vəziyyəti getdikcə ağırlaşır. Bu barədə yayılan son məlumatların təhlili onu göstərir ki, nəqliyyat nazirinin vəzifədən yola salınması hər an reallaşa bilər.

Z.Məmmədov Avropa Oyunları davam edən müddətdə gözlənilməz üç ciddi zərbə alıb. Bunlardan birincisi  “Atletlər kəndi”ndə baş vermiş məlum qəza ilə bağlıdır.

“Yeni Müsavat”dakı eksklüziv xəbərlərə görə, bu işlə bağlı açılmış cinayət işinin istintaqı  elə bir fakt üzə çıxarıb ki, bu, bir neçə məmurun karyerasına son qoya bilər...

İkinci ciddi zərbə isə “qiyamçı səfir” Arif Məmmədovun müxalifətə “transferidir”. Qovulmuş səfirin ailəsinin və özünün hələ Ziya Məmmədovla yaxın əlaqələrinin olduğu üzə çıxıb. Ziya müəllim hələ Gəncədə işləyən zamanlarda (o, 1989-1991-ci illərdə Gəncə Lokomotiv Deposunun rəisi vəzifəsində işləyib) Arif Məmmədovun atası ilə olduqca yaxın dostluq münasibətləri qurubmuş.

Ziya Məmmədov nazir təyin olunan zaman A.Məmədovun atasını  işlədiyi Gəncə Ət Kombinatından işdən çıxarıblar. Ziya Məmmədov dostunu dəstəksiz buraxmayıb. Onu Nəqliyyat Nazirliyinin Təhlükəsizlik və fövqəladə hallar şöbəsinə məsul vəzifəyə gətirib. Zahid Məmmədov xeyli müddət Z.Məmmədovun rəhbərlik etdiyi nazirlikdə məsul vəzifədə çalışıb. 

Maraqlıdır ki, A.Məmmədov Abbas Abbasovla yaxınlıq iddialarını təkzib etməyə çalışsa da, Z.Məmədovla bağlı analoji iddiaları cavabsız buraxıb. 

Arif Məmmədovun arxasında da sabiq vitse-primyer Abbas Abbasovun durduğu barədə iddialardan sonra isə onun qardaşının Bakıda həbsi, bəzi qohumlarının Gəncədə işdən çıxarılması hakimiyyətin bu məsələdə qəzəbinin və məlumatın dəqiqliyinin dərəcəsini göstərdi. Rüstəm İbrahimbəyovdan 2013-cü il seçkisində hakimiyyətə qarşı “müxalifət” düzəldən A.Abbasovun indi də Arif Məmmədovu ortaya atması iqtidarı daha sərt addımlar atmağa məcbur edib. Bu, A.Abbasovla yaxınlığı olan Z.Məmmədova da bir xəbərdarlıq hesab oluna bilər. 



Yeri gəlmişkən, vaxtilə Ziya Məmmədovun   ən böyük biznes ortağı olan “Baghlan Gorup”un prezidenti “Hafka” ləqəbli Hafiz Məmmədovun Beynəlxalq Bankdan götürdüyü milyonlarla manat kreditdə nazirin də müəyyən məsuliyyəti olduğu bilinib. Bu, birbaşa imza məsuliyyəti olmasa da, aydındır ki, indi ölkədən qaçdığı deyilən iş adamının Z.Məmmədov kimi şəriki olmasaydı, ona dövlətin bankından milyonlarla manat kredit verilməzdi.

Bir mənbənin iddiasına görə, “Hafka” istintaqı belə bir mesaj göndərib ki, onun bankrot olmasında Məmmədovların  da rolu var və bir çox əmlakı keçmiş şərikləri tərəfindən əlindən alınıb və bu səbəbdən borcunu qaytara bilmir. Mümkündür ki, bu, daha çox “Hafka”nın özünü qorumaq cəhdi və ya keçmiş şəriklərinə pislik etmək cəhdi olsun... 



Avropa Oyunları bitməmiş daha bir xəbər Z.Məmmədovu mətbuatın diqqətinə gətirib. Mediaya məlum olub ki, Azərbaycanda ən bahalı layihələrdən biri olan Bakı-Quba-Rusiya avtomobil yolunun beton üzlükləri sökülür. Tikintisinə 2008-ci ildən başlanılan layihəyə ümumilikdə 545 milyon 287 min 800 manat xərclənib. Hələ o zaman beton yol çəkiləndə onun dünya standartlarına cavab verəcəyi və uzun müddət (30 il) istismarda olacağı vurğulanırdı. “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin katiblik rəisi Anar Nəcəfli modern.az saytına açıqlamasında bildirib ki, Nəqliyyat Nazirliyi və “Azəryolservis” ASC tərəfindən nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə kompleks tədbirlər davam etdirilir: “Bu çərçivədə Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun Şabran rayonunun Gəndob kəndi ərazisindən Bakı şəhəri istiqamətinə doğru olan hissəsində təmir-bərpa işlərinə başlanılıb. Təmir-bərpa işlərinə magistral yolun 74-cü kilometrliyindən start verilib.

Aparılan işlər şəxsən nəqliyyat naziri Ziya Məmmədovun və “Azəryolservis” ASC-nin rəhbərliyinin nəzarəti altındadır".

Maraqlıdır ki, Anar Nəcəfli Quba-Bakı beton yolunun dağılma səbəbini iritonnajlı yük avtomobilləri ilə əlaqələndirib: “Təmir işləri yolun normadan artıq yüklənmiş və deformasiyaya uğramış 10 km-lik hissəsində aparılır. Normadan artıq yüklənən ağır tonnajlı yük maşınlarının hərəkəti nəticəsində deformasiyaya uğrayan yolun hərəkət hissəsinin, daha doğrusu, yolun sağ hərəkət zolağı bərpa olunur.

 

Bu üzdən həmin hissədə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb. İşlər tərtib olunmuş qrafikə uyğun aparılır və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub. Yaranmış müvəqqəti narahatlığa görə Nəqliyyat Nazirliyi və ”Azəryolservis" ASC üzr istəyir və sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir".

Məlumatlara görə, Gəndob-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni beton örtüklü avtomobil yolunun layihələndirilməsi və tikintisinə  2010-cu il - 2 milyon 500 min, 2011-ci il - 90 milyon, 2012-ci il - 40 milyon, 2013-cü il 100 milyon, 2014-cü il üzrə 20 milyon manat ayrılıb. 

Daha bir maraqlı fakt  “Azərbaycan Respublikası regionlarının  2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda  Nəqliyyat Nazirliyinə həvalə edilmiş tədbirlər siyahısını nəzərdən keçirdiyimiz zaman məlum  olub. Həmin proqramda Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-11-ci km hissəsində yenidənqurma işləri görüləcəyi nəzərdə tutulub. Amma Nəqliyyat Nazirliyi, nədənsə, təmir-bərpa işlərinə neftin qiymətinin düşdüyü bir dövrdə  başlayıb və magistral yolun 74-cü kilometrliyindən start verib.

 Ekspertlərin iddiasına görə,  buna səbəb  böyük vəsait xərclənərək tikilən yolun  tezsıradan çıxmasdıdır. “Ağır tonnajlı avtomobillər yolu sıradan çıxarıb” iddiası isə ciddi arqument kimi qəbul edilmir. Dövlət büdcəsinə milyonlarla manata başa gələn bu yolun belə tez sıradan çıxması isə Z.Məmmədova, eləcə də  bu işdə cavabdeh olan digər məmurlara baha başa gələ bilər...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Ən çox oxunanalar