Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ziya Məmmədovun dili tutulan qardaşı ölkədən çıxarıldı


Xəbər verdiyimiz kimi, iyunun 30-da Qusar rayonunun Çiləgir kəndində qudası Ramiz Vəliyevin gözləri qarşısında öldürülməsi nəticəsində nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, Nəriman Məmmədovun dili tutulub


PİA.AZ ans press-ə istinadən xəbər verir ki, villasındakı faciədən sonra Nəriman Məmmədova ilk tibbi yardım Qusar rayon mərkəzi xəstəxanasında göstərilib. Bunda sonra  paytaxt həkimləri də nazirin qardaşına köməklik edə bilməyiblər. Şokdan çıxa bilməyən N.Məmmədov müalicə üçün Türkiyəyə aparılıb.

Qeyd edək ki, Ramiz Vəliyevi öldürən 1967-ci il təvəllüdlü Eynulla Cahangir oğlu Hacıyev hadisə yerindən qaçsa da Qusar rayon prokurorluğu əmakdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində onu elə həmin gecə həbs edilib.

Rayon sakinlərinin verdiyi məlumata görə, Nəriman Məmmədovun villasında daha əvvəllər qətli törədən şəxsin qardaşı gözətçi işləyib. Lakin bir il əvvəl gözətçi Şəkixan Hacıyevin evində partlayış baş verdiyi üçün özü və həyat yoldaşı Maral Hacıyeva dünyasını dəyişib. Partlayışda dünyasını dəyişən ailənin oğlu 1992-ci ildə Qarabağda gedən müharibələrdə şəhid olub. Onların ölümündən sonra Eynulla Hacıyev bu işə təyin edilib.

Qusar rayon icra hakimiyyəti başçısının Urva inzibatı ərazi vahidliyinin nümayəndəsi Sülhəddin İsgəndərovun verdiyi məlumata görə, Eynulla Hacıyev içki düşkünü olub və ailəsi ilə bu səbəbdən tez-tez münaqişə yaşanıb. Onun bacısı isə evin qulluqçusudur. S.Kərimov onu da qeyd edib ki, bu qətlin qısqanclıq zəmnində baş verdiyinə inanmır.

Saytın yazdığına görə, əslində Eynulla Hacıyev evin sahibi olan nazirin qardaşını öldürmək istəyib. Lakin səhvən onun qudası Ramiz Hacıyevi öldürüb. Buna səbəb isə evin qulluqçusu ilə yaxınlıq münasibəti olub və qətl də məhz bu səbəbdən namus üstündə törədilib.

Qusar rayon prokurorunun köməkçisi Anar Salehov faktı təsdiqləsə də istintaq davam etdiyi üçün əlavə heç bir məlumat verməyib. Onun sözlərinə görə, faktla bağlı Qusar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi qaldırılıb. Lazımı məlumatlar istintaq başa çatdıqdan sonra veriləcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar