Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ziya Məmmədovun milyonlarla manatlıq gizli “London taksiləri” əməliyyatı


PİA.AZ xəbər verir ki, Bakıda “London-Taxi”ləri ilə bağlı Milli.Az-a maraqlı məlumat daxil olub


 Həmin taksilərin gömrük əməkdaşları tərəfindən müsadirə olunması barədə məlumat əldə etmişik.

Məlumatda deyilir ki, Gömrük Komitəsinin dayanacağına artıq 120 taksi aparılıb. Taksilərin əksəriyyəti elə yoldan birbaşa dayanacağa gətirilib. Səbəb isə həmin taksilərdən 520 ədədinin “rastamojka” olunmamasıdır.

Məlumatın dəqiqləşdirilməsi üçün şəhərdə 10-dan artıq “London-Taxi” sürücüsü ilə söhbətləşdik. Onların da söylədiklərindən məlum oldu ki, həmin maşınların gömrük rüsumu ödənilməyib. Taksi sürücüləri bildirdilər ki, Bakıda olan maşınların dövlət qeydiyyat nişanı 500-dək olan taksilərin gömrük qeydiyyat rüsumu ödənilib, ondan yuxarı isə “rastamojka”dan keçməyib. Gömrük rüsumu üçün “Bakı Taxi” MMC 6 milyondan artıq pul ödəməlidir. Sürücülər dedilər ki, maşınlara gömrük rüsumu ödənilmədən dövlət qeydiyyat nişanı verilmişdi. Qaraj maşını olduğundan belə bir güzəşt edilmişdi, lakin sonradan bu rüsum ödənilmədiyindən belə hal baş verib.

“Baku Taxi” MMC-nin nümayəndəsi Məcnun Səfərov isə suala cavab verməkdən özünü belə yayındırdı: “Məzuniyyətdəyəm, məlumatım yoxdur. 1000 ədəd taksimiz var. Belə bir şey ola bilməz. Məndə belə məlumat yoxdur”.

Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov da telefon zənglərinə cavab vermədi.

Dövlət Gömrük Komitəsi ilə də əlaqə saxlamaq mümkün olmadı.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar