Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ziya Məmmədovun qardaşı oğlu həbsindən danışdı


Dünən "Nar cafe"də keçirilən əməliyyat zamanı saxlanılan, bu gün isə məhkəmə qərarı ilə cərimələnərək sərbəst buraxılan nazir Ziya Məmmədovun qardaşı oğlu Aynar Məmmədov hadisə ilə bağlı danışıb


Deputat Elton Məmmədovun oğlu atv.az-a açıqlamasında bildirib ki, hazırda işdədir:

"Deyə bilərəm ki, adıçəkilən obyektdə dünən yoxlama olub. İki nəfər gəlib, 10-15 dəqiqə ərzində yoxlama aparıb, heç bir problem çıxmayıb. Onlar da çıxıb gediblər".

Maraqlıdır ki, Aynar özü hadisəni təsdiqləsə də, atası Elton Məmmədov "Turan"a açıqlamasında sözügedən xəbəri təkzib edib:

“Bu məlumatlar yalandır, boş şeylərdir. Belə yalan məlumatlara görə məni narahat etməyin. Aynar hazırda işdədir”.

Övladları ilə bağlı mətbuatda dərc olunan və fakt şəklində heç bir halda təkzib olunmayan xəbərlərin ata Elton Məmmədov tərəfindən yalanlanması birinci hadisə deyil. 



Ata və oğul hadisə ilə bağlı detalları gizlətsə də, "Qafqazinfo"nun əməkdaşı günün birinci yarısında  "Nar cafe"yə baş çəkmişdi və kafenin işçiləri hadisəni təsdiqləmişdi. Onlar Aynar Məmmədov başda olmaqla dünən axşam orada olan hər kəsin saxlanıldığını qeyd etmişdilər.

Daha sonra Daxili İşlər Nazirliyi də məlumatı təsdiqləmişdi. Məlumatda əks olunurdu ki, "Nar" kafesində qanunsuz mərc oyunlarına qarşı mübarizə üzrə tədbir keçirilib. Bu zaman 8 nəfər saxlanılıb, onlar barəsində inzibati qaydada protokol tərtib olunaraq cərimə olunmaları üçün məhkəməyə göndərilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar