Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zorakılığın bayrağı


Qəbələ futbol klubunun Azalla oyunda Cavid Hüseynovun formasını qaldırması sadəcə biabırçılıqdır. Normal klub belə məsələyə görə utanmalı, jurnalistin və ya hər hansı bir insanın ölümündə bu və ya digər formada əli olan hər hansı bir şəxsə dəstək verməkdən çəkinməli idi


Əgər mənim dostum və ya yaxınım belə, bu cür bir hərəkət etsəydi, bir insanın, ailələrin faciəsinə səbəb olsaydı heç bir halda onu etdiyini dəstəkləməz, onunla fəxr eləməz, onun adını ucaltmazdım. Bu hadisə göstərir ki, biz millət və cəmiyyət olaraq hansı səviyyəyə sahibik, nə qədər geridə qalmışıq. Bir də təkrarlayıram, utanmaq lazımdır, biabırçılıqdır. 

Belə baxanda məsələ o qədər də təəccüblü deyil, belə şeyləri insanlarımızdan gözləmək olar. Bunu iki səbəbdən edirlər. Birincisi odur ki, bizdə hər kəsdə dava, razborka, söhbət eşqi var, həyatı bunsuz təsəvvür eləyə bilmirlər. Qadınından tutmuş kişisinə qədər bu ölkədə hər kəs aqressivdir. Qatarda yol gedirsən, baxırsan ki, oğlanlar bir-birinə əsəbi-əsəbi baxır. Elə bil, fürsət gəzirlər ki, kimsə səhv bir şey eləsin, o saat dalaşsınlar. Hərəsi bir obraza girib. Biri, məsələn, hesab eləyir ki, o Poladdır, digəri barondur, bir başqası Ezeldir, o birisi Ramiz dayıdır. Qərəz, hərəsi bir türk serialındakı obraza bürünüb gəzirlər. Bu səbəbdən bizdə heç kim anlamır ki, normal və mədəni insan başqasını hətta təhqirə görə döyməyə çağırmaz. Bu aktdan başqa nə eləyəcəyi hər kəsin öz işidir, fikir verməyə də bilər, məsələni hüquqi yolla tənzimləmək istəyə də bilər. Elə bu səbəbdən də, bir də görürsən, balaca bir məsələdən böyük dava çıxdı, biri digərini ya məqsədli şəkildə, ya da bilmədən öldürdü. Belə şeylər o qədər adidir, o qədər sıradandır ki, insanlarımız artıq bunu belə qəbul eləyib, belə yaşayırlar. Fikirləşirlər ki, normaldır, jurnalist bunun haqqında nəsə yazıb, bu da onu söhbətə çağırıb. 

İkinci səbəb isə məsuliyyətin şişirdilməsi ilə bağlıdır. Bunu təkcə futbolçulara eləmirlər. Azca normal işləyən, vəzifəsini doğru-düzgün yerinə yetirən biri olanda hər kəs onu qaldırıb dağın başına qoyur. Məsələn, bəs filan general vuruşub, filan müəllim yaxşı adamdır, çünki dərs keçir, filankəs möhtəşəmdir, çünki qol vurub. Halbuki hərənin bir işi var, jurnalist yazıb-çəkib göstərməli, hərbçi vuruşmalı, müəllim dərs deməli, futbolçu da qol vurmalıdır. Hər şeyin yolunda getməsinə öyrəşməmişik, normal gedən bir şeylər olanda ona qeyri-adi bir hadisə kimi baxırıq.

Azərbaycanlılar bəzən o qədər böyük məsələyə fikir vermirlər, adam laqeydlikdən əsəbləşir, bəzən də elə xırda şeyi böyüdüb problem eləyirlər, adam məəttəl qalır. Kimsə yaxşı oğlan ola bilər, kimsə coşub-kükrəyə bilər, emosional davrana bilər, amma bir adamın ölümünə, hətta döyülməsinə bu və ya digər şəkildə səbəb olubsa onda həbsi normal qarşılamaq lazımdır. Bu ifadəni Azərbaycanda demək nə qədər qəribə səslənsə də, hər kəs qanun qarşısında bərabərdir. 

O gün fikirləşirdim ki, görəsən, Rasim Əliyevin ölümündən sonra heç olmasa kimsə ya qorxaraq, ya bəzi şeyləri anlayaraq düşünəcək ki, jurnalistləri döymək, söhbətə çağırmaq, “filan şeyi filan yazmısan, bu nömrəm, kişisənsə gəl görüşək” demək pisdir? Hətta bunun acı nəticələri də ola bilər.

Belə görünür ki, yox, hələ forma qaldırırlar. Şəxsən o forma mənə indi zorakılığın bayrağı kimi görünür. Elə bil kimsə deyir ki, sevinməyin, zorakılıq edənlər cəzalansa da zorakılığın bayrağı həmişə yüksəklərdə olacaq. Dəhşətdir.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar