Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zorlananların utandığı dönəm arxada



O gün belə bir qəzet yazısı və sosial şəbəkə statusu yazmışdım ki, ABŞ-ın Cənubi Karolina ştatında olduğumuz vaxt qadınlara sataşan, hətta üzünə baxan kişi görmədim


Sırf həqiqəti yazmışdım və niyyətim heç də, sovet  təbliğatçılarının sözü olmasın, mənfur Amerika imperializmini parlaq boyalarla təqdim etmək deyildi. 

Ancaq neçə gündür Amerikada cinsi zəmində bir hadisə olan kimi, dostlar, həmkarlar, oxucular mənim sosial şəbəkədəki ünvanıma, türkün sözü, link atırlar, yazırlar ki, bax, o gün elə yazmışdın, amma Amerikada da bu cür işlər baş verir. 

Bir nəfər isə hətta Amerikada hər 90 saniyədən bir zorlama faktı qeydə alındığını yazıb.
Əlbəttə, belə şeylər orda da baş verə bilər. Amerikadakılar da kişidir (bu sözün Şərqdəki mənasında). Onlar da bu sayaq hərəkət edə bilərlər. 

Birincisi, mən öz təəssüratımı yazanda Cənubi Karolina ştatını nəzərdə tutmuşdum. İkincisi, seksual manyaklardan yox, camaatdan, onların ümumi halından bəhs etmişdim. 
Amerika barədə təsəvvürü zəif olanlar üçün qeyd edim ki, bu, kiçiyi Azərbaycan, böyüyü Almaniya, Fransa boyda olan 50 dövlətdən ibarət ayrıca bir dünyadır. 50 dövlətdən ibarət  superdövlətdə seksual manyakların 90 saniyədən bir sarsaqlaması təəccüblü olmamalıdır.  Mən görən vaxt Cənubi Karolinada elə deyildi. Hətta Şimali Karolinada da elə şey yox idi. 

Hərçənd ola bilər, bu saat karolinalıların da başı çönüb, küçədə sataşmağa qadın axtarırlar. Onsuz da son vaxtlar dünyada qəribə bir səfehlik baş qaldırıb, hər yana yoluxa-yoluxa gedir. 
Söhbət ondan gedir ki, Amerikada, Avropada hansısa bir sarsaq işin baş verməsi, hansısa, siz də məni bağışlayın, qurumsaqlığın yayğın olması haqq vermir ki, eyni şey bizim ölkəmizdə də olsun, yaxud da ona haqq qazandıraq. 

Yadınızdadırsa, əvvəllər YAP yetkililəri, iqtidar deputatları rüşvət və korrupsiyadan söz düşəndə deyirdilər ki, “ona qalsa, rüşvət və korrupsiya Amerikada da var”. İndi də belə bir arqument əmələ gəlib: “Cinayətkarlıq halları Amerikada da var”. Eləmi? Onda haydı, qoyun cinayətkarlıq çiçəklənsin.

Elə cinayətlər var ki, o, birmənalı olaraq pislənməlidir. İkinci bir söz, ifadə həmin cinayətə haqq qazandırmaq cəhdidir. Zorlama hadisəsi bu cür cinayətlərdəndir. 

Gördünüzmü, türkiyəli sənətçi Nihat Doğanın başına nə gəldi? Bir səfeh cümləsinə görə adamın başına elə bir oyun açdılar ki, hazırda o özünü zorlama qurbanlarından da pis hiss edir. Psixoloji travma aldı adam. 

Hələ o vaxt İtaliyanın şorgözlükdə ad çıxarmış, saç ağartmış baş naziri Silvio Berluskoni də zarafata salaraq zorlama hadisəsinə haqq qazandırmışdı, demişdi ki, italyan qızları çox gözəldirlər, ona görə də onları zorlamamaq mümkün deyil.

Allah qoymasa, cənab baş nazir guya italyan qadınlara kompliment demişdi. Ancaq media və ictimaiyyət Berluskonini hoydu-hoyduya götürdülər, ünvanına demədikləri söz qalmadı, söyüb-biabır elədilər. Hətta bir dəfə maşınına mindiyi yerdə daşla vurub ağız-burnunu da dağıtdılar, iki dişini saldılar. (Hərçənd bu hadisənin qız üstə olduğu dəqiq deyil). Sinyor dediyi sözlərə necə peşman olmuşdusa, mətbuat konfransı keçirdi, bəyan etdi ki, zorlamaya haqq qazandırmır, məqsədi italyan qadınların gözəlliyini tərifləmək olub.

Əcəb tərifdir! Ta demir ki, bununla seksual manyakları həvəsləndirib və əllərinə bəhanə, arqument verib.

Bir də bu xüsusda yeni bir istiqamət var. Sosial şəbəkə fəalları başqa ölkələrdə baş verən zorlama hadisələri ilə maraqlananlara, yazanlara, nəsə bir kampaniyaya qatılanlara irad bildirirlər: “Bəs öz zorlananlarımızla niyə maraqlanmırsız?”

Haqlı görünürlər. Amma bunlar bir-birinə mane olmur axı. Əsas məsələ qadınlara qarşı dünyada tüğyan edən  zorakılıq hallarına qarşı çıxmaqdır. Necə deyərlər, manyakın milləti olmaz.
Budur, zorlamaya məruz  qaldığı deyilən və buna görə adam öldürən qadın azadlığa buraxılıb. İndi bəziləri deyir ki, bu qədər hadisədən sonra o, Şəmkirdə necə yaşayacaq. Bal kimi də yaşayacaq. Bir qadın ki, türmədən qəhrəman kimi çıxa, azad olunması alqışlarla qarşılana, reportyorların müşayiəti ilə avtomobilə otura, xəbəri manşetlərdə gedə, ona daha zaval yoxdur. 
Zorlananların utandığı dövr arxada qaldı.

P.S. Onu da deyim ki, axırıncı dəfə belə bir ajiotaj Nelson Mandela azadlığa buraxılanda olub. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar