Xorvatiya milli komandasının keçmiş yarımmüdafiəçisi Zvonimir Boban Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) baş katibinin müavini təyin edilib
"Report" TASS-a istinadən xəbər verir ki, Z.Boban FIFA-nın yeni administrasiyasının futbol sahəsinə məsul olacaq. O, diqqətini bu oyunun inkişafına və müsabiqələrin təşkilinə yönəldəcək.
47 yaşlı xorvat daha əvvəl FİFA prezidenti Canni İnfantinonun müşaviri vəzifəsində çalışıb.
FİFA-nın baş katibinin daha bir müavini isə Marko Villiger təyin edilib. O, kommersiya və inzibati əməliyyatlar üzrə məsuliyyət daşıyacaq.
pia.az