Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“FES uçot dərəcəsini iki-üç dəfə artıra bilər”


Ekspertlər gözləntilərini açıqlayırlar; ABŞ-da iqtisadi artım tempinin azalması və inflyasiya əsas səbəblərdir...


ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) uçot dərəcəsini artıracağı yenidən müzakirə edilir. 

Hətta FES rəhbəri Canet Yellen də bir müddət əvvəl Konqresdə çıxışı zamanı uçot dərəcəsinin cari ilin sonunadək artırılacağını istisna etməyib. Ekspertlər isə bildirirlər ki, maliyyə bazarlarındakı vəziyyət 2015-ci ilin sonunda baş verən mənfi tendensiyanı təkrarlaya bilər. 
Yəni ABŞ iqtisadiyyatından gələn müsbət göstəricilər Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artırması ilə bağlı ehtimalları gücləndirib. 

Belə ki, ABŞ-ın “Goldman Sachs” bankının hesabatına əsasən, noyabrda FES-in uçot dərəcəsini artırmaq ehtimalı 10 faiz, dekabr üçün isə 65 faiz təşkil edib. Nəticədə qlobal valyuta bazarında dolların məzənnəsi digər valyutalarla müqayisədə möhkəmlənməyə başlayıb. Belə ki, əsas valyuta cütlüyü hesab olunan USD/EUR məzənnəsi dünəndən etibarən 1 faiz azalaraq 1,1070 səviyyəsinə kimi geriləyib. Bu isə keçən ilin sonunda baş verənlərin təkrarlanmasına yol aça bilər.

Xatırladaq ki, keçən ilin oktyabr ayından etibarən dollar indeksinin 7 faiz artması nəticədə dekabrda FES-in uçot dərəcəsini artırmasına səbəb olub. Lakin daha sonra dünya bazarlarında sərt dalğalanmalar FES-i növbəti faiz artırımı qərarından vaz keçməsinə gətirib çıxarıb. Son bir il ərzində isə ABŞ iqtisadiyyatı daha da güclənib.

Neft bazarında da 2015-ci ilin sonuna bənzər tendensiya müşahidə olunur. Avqustdan oktyabra qədər artan neft qiymətləri daha sonra sərt bir şəkildə azalmağa başlayıb. Qeyd edək ki, tezliklə ABŞ Federal Açıq Bazar Komitəsi (FOMC) protokollarını açıqlayacaq. Protokolların nəticəsinə görə, dekabr ayında faizlərin artırılması ehtimalı 100 faizə qədər yüksələ bilər. Əgər maliyyə bazarları dolların möhkəmlənməsi trendinə başladığını qəbul edərsə, tezliklə neft qiymətlərinin baha olduğunu da anlayacaqlar. O zaman hətta neft hasilatının azaldılması və ya dondurulması neftin qiymətini xilas edə bilməyəcək. “Report”un analitik qrupu ilin sonuna qədər USD/EUR məzənnəsinin paritetə yaxınlaşacağını, neft qiymətlərinin isə 28-35 dollar/barelə qədər enəcəyini proqnozlaşdırır.

Ekspert Fikrət Yusifov məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, faiz dərəcələrinin artırılması dəqiq deyil: “Bu il ərzində artıq neçənci dəfədir ki, Federal Ehtiyat Sisteminin faiz dərəcələrini qaldıracağı deyilsə də, hər toplantıdan sonra bunun baş vermədiyi aydın olur. Məsələnin hər dəfə gündəliyə çıxarılması onun aktuallığından xəbər verir. Lakin məlumdur ki, hər dəfə bu qərarın qəbul edilməməsinin başlıca səbəbi ABŞ iqtisadiyyatının bir sıra mühüm göstəriciləri üzrə nəzərdə tutulan nəticələrin əldə oluna bilməməsidir. Növbəti toplantıda da müsbət qərar qəbul ediləcəyinə heç bir təminat yoxdur”. 

Ekspertin sözlərinə görə, ilin sonuna doğru bəzi göstəricilərin müəyyən qədər pisləşməsi hiss olunur: “Uçot dərəcəsi qaldırılarsa, bunun dünya valyuta bazarlarına müəyyən təsiri təbii ki, olacaq. Azərbaycan maliyyə bazarına isə bunun daha çox psixoloji təsiri mümkündür ki, bu da bir neçə gün ərzində sakitləşəcək”.

Qeyd edək ki, ekspertlər ABŞ dollarının avroya qarşı məzənnəsinin ikinci sessiya dalbadal möhkəmləndiyini bildirirlər. Buna səbəb Federal Ehtiyatlar Sistemi (FES) tərəfindən uçot dərəcəsinin artırılması ilə bağlı gözləntilərin artmasıdır. İlin sonunadək FES tərəfindən uçot dərəcəsinin artırılması ehtimalı iyun ayından etibarən ən yüksək səviyyəyə- 68 faizə çatıb. “Pacific Investment Management Co.”nun (PIMCO) ekspertləri hesab edirlər ki, FES 2017-ci ilin sonunadək uçot dərəcəsini 2, hətta 3 dəfə artıra bilər. Bunun əsas səbəbi kimi ABŞ-da iqtisadi artım tempinin azalması və inflyasiya göstərilir. İnflyasiya ilə bağlı gözləntiləri neftin qiymətinin artması gücləndirir. Ötən gün Brent markalı neftin 1 barelinin dəyəri 53 dolları ötüb. Həmçinin bildirilir ki, Hillari Klintonun ABŞ prezidentliyinə namizədlərin ikinci teledebatında qələbə qazanması da dollara müsbət təsir edir. Çünki investorlar H.Klintonun siyasətini daha proqnozlaşdırılan hesab edirlər. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Ən çox oxunanalar