Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Nar mobile”in limitsiz fırıldağı


Mobil operatorların əhalinin cibinə girməsilə bağlı çoxsaylı məlumatlar var


PİA.AZ azinforum.az-a istinadən “Nar Mobile” operatorunun data kartından limitsiz istifadə haqda müdhiş faktdan yazır. 

“Mən, adətən 20 manat ödəyib limitsiz “Nar 3G+” data kart xidmətindən istifadə edirəm. Bir neçə gün əvvəl, gördüm ki, xidmət aktiv deyil. Operatora zəng etdim. Dedilər ki, ödənişinizin vaxtıdır, ona görə. Data kartda istifadə etdiyim nömrəmə 20 manat ödədim. 

Cəmi üç gün istifadə etdikdən sonra rabitə yenə kəsildi. Nar Mobile zəng vurdum. Mənə bildirdilər ki, siz limitsiz xidmətdən istifadə etmək üçün müəyyən kodu daxil etməlisiniz. Qeyd edim ki, ödənilən məbləğlə bağlı heç bir irad bildirilmədi. Deməli, mən yeni çıxan qaydaya görə, kodu daxil etmədiyim səbəbindən limitli xidmətə qoşulmuş olmuşam.

Nəticədə, mənim 20 manatım bir neçə gün ərzində operator tərəfindən həzm olundu. Maraqlıdır, bu yeniliklə bağlı mən, bir müştəri kimi niyə məlumatlandırılmamışam? Hesab edirəm ki, bu, açıq-aydın müştərilərin aldadılması və cibinə girilməsi anlamına gəlir”.

Azinforum.az Nar Mobile-la əlaqə saxlayıb. Şirkətdən bizə bildiriblər ki, balansı limitsiz etmək üçün 20 manatın ödənilməsilə yanaşı, eyni zamanda, kod yığılmalıdır. 

Maraqlıdır, niyə həmin kodu operatorun özü daxil etmir? Ortaya məntiqi sual çıxır- Hansı ağıllı 20 manatı verib limitsiz əvəzinə limitlə danışmaq istəyər? Təbii ki, bunu operatordan başqa heç kim istəməz…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar