Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əliyevlə Serjin Nyu-York görüşü alınmadı: səbəb Moskvadır?


ATƏT-in Minsk Qrupunun həmsədrləri, daha doğrusu Amerika tərəfi Azərbaycan və Ermənistan prezidentlərinin BMT Baş Assambleyasının sessiyası çərçivəsində Nyu Yorkda görüşünü təşkil edə bilməyib


Virtualaz.org saytı xəbər verir ki, bu haqda “Regnum” agentliyi bildirir. Təmas xəttində gərginliyin getdikcə artdığı bir vaxtda həmsədrlər Nyu Yorkda xarici işlər nazirlərinin görüşünü hazırlayırlar.

BMT Baş Assambleyasının 70-ci sessiyası gələn ayın üçüncü ongünlüyündə işə başlayacaq. Azərbaycan prezidenti İlham Əliyevin bu yubiley sessiyasında iştirakı və çıxışı gözlənilir. Hələ bir neçə ay əvvəldən ATƏT-in Minsk Qrupunun həmsədrləri sessiya çərçivəsində Serj Sərkisyanın və İlham Əliyevin görüşünü təşkil etməyə çalışırdılar.

Əslində bu görüş barədə ilkin razılıq Əliyevlə Sərkisyanın ötən ilin oktyabrında Parisdə Fransa prezidenti Fransua Ollandın vasitəçiliyi ilə baş tutan görüşündə əldə edilmişdi. Görüşün yekunlarına dair Yelisey sarayından yayılan rəsmi bəyanatda deyilirdi ki, prezidentlər  danışıqların davam etdirilməsi barədə razılığa gəliblər, xarici işlər nazirlərinə bu barədə müvafiq tapşırıqlar verilib və dövlət başçıları 2015-ci ilin sentyabrında Nyu Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində yenidən görüşməyə hazırdır.

Prezidentlərin növbəti görüş üçün düz bir il fasilə götürməsi danışıqların dalana dirəndiyinin növbətti sübutu idi. Hərçənd ki, Yelisey sarayı prezidentlərin görüşünün “çox isti” keçdiyini, irəliləyişlər əldə olunduğunu açıqlamışdı. Buna baxmayaraq Paris danışıqlarının ardınca Ermənistan bütün ordusunu hərbi təlimlərə çıxardı və Qarabağda erməni qüvvələrinin təlimlərinin gedişində düşmənə aid vertolyotun vurulması ilə nəticələnən məlum insident baş verdi. Nəticədə atmosfer yenidən gərginləşdi və o vaxtdan etibarən təmas xəttində müntəzəm olaraq diversiya həmlələri, artilleriyadan istifadə olunmaqla mövqe döyüşləri baş verməkdədir.

ATƏT-in Minsk Qrupu həmsədrlərinin tərəflərlə ara-sıra təmasları da gərginliyin yumşaldılmasına heç bir təsir göstərməyib. Amerikalı həmsədr Ceyms Uorlik isə mətbuata tez-tez açıqlamalar verərək və Twitter bloqundan qeydlər paylaşaraq prezidentlərin Nyu York görüşünü hazırlamaq səylərindən bəhs edirdi. Ancaq indi Uorlik Nyu Yorkda xarici işlər nazirlərinin görüşəcəyini deyib. Prezidentlərin görüşündən isə söhbət getmir.

Avqustun 27-də Rusiya XİN-in rəsmi nümayəndəsi Marina Zaxarova AzərbaycanErmənistan prezidentlərinin bu ilə planlaşdırılmış görüşünün baş tutmaması ilə Qərblə Moskva arasında münasibətlərin kəskinləşməsi arasındakı əlaqəyə dair suala birbaşa cavab verməkdən yayınıb. “Ümid edirəm ki, Rusiyanın hansısa ölkələrlə bizim günahımız üzündən baş verməyən fikir ayrılıqları Minsk Qrupunun  işinə təsir etməyəcək. Bizim tərəfdən heç bir maneə yoxdur, hansısa aspekt, sual və ya problem ola bilməz. Biz bu formatın iştirakçısıyıq və öz öhdəliklərimizə ciddi yanaşırıq, başa düşürük ki, Minsk Qrupunun gündəmində nə dərəcədə ciddi mövzu var”-Zaxarova bildirib.

Lakin Rusiyanın Qərblə münasibətlərinin indiki kimi kəskin xarakter aldığı bir vaxtda Qarabağ münaqişəsinə dair prezidentlər səviyyəsində danışıqların Nyu Yorkda, ABŞ dövlət katibinin vasitəçiliyi ilə baş tutmasının ağlabatan olmadığı aydın idi. Doğrudur, Rusiya formal olaraq Minsk Qrupu formatında qalır və Qarabağ nizamlanmasına dair ABŞ-la tərəfdaşlıq statusunu dəyişməyib. Ancaq ABŞ-ın Qafqaz işlərinə “burnunu soxması” Rusiyanı indi heç vaxt olmadığı kimi qıcıqlandırır və Minsk Qrupu formatının qalmasına baxmayaraq Moskva Qarabağ münaqişəsinin nizamlanması prosesində Vaşinqtonun rolunu heçə endirmək üçün bütün mümkün rıçaqlardan istifadə etməyə hazırdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar