Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hafiz Hacıyevin partiyasında seçki qarşıdurması - Partiya sədrinin etirafı



Hafiz Hacıyev: “Partiyanın daxilində olan bu qalmaqallar, anlaşılmamazlıqlar məni üzür”.


Partiya sədri: “İclasımız çox böyük bir qalmaqalla yekunlaşdı”.

Müasir Müsavat Partiyasının İdarə Heyəti noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirakla bağlı qərar qəbul edə bilməyib. Bu barədə PİA.AZ-ın əməkdaşına partiya sədri Hafiz Hacıyev özü bildirib.

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər 2015-ci il noyabrın 1-də keçiriləcək. Bir çox siyasi partiyalar bu parlament seçkilərində iştirak edəcək nazmizədlərinin siyahısını artıq açıqlayıb. Müasir Müsavat Partiyası seçkilərdə neçə namizədlə iştirak edəcək  və əsas rəqibi olaraq hansı partiyanı görüldüyünü öyrənmək üçün PİA.AZ-ın əməkdaşı partiyanın sədri Hafiz Hacıyevə müraciət edib. Partiya sədrinin verdiyi məlumata görə, İdarə Heyətinin bu gün keçirilən iclasında siyahı ilə bağlı qərara gələ bilməyiblər və qalmaqal yaşanıb:

“Bu gün Müasir Müsavat Partiyası müavinlər, rayon təşkilatları sədrləri səviyyəsində İdarə Heyətinin geniş iclasın keçirdi. Bu iclas da çox böyük bir qalmaqalla yekunlaşdı.  Çünki heç bir qərara gələ bilmirik və anlaşılmazlıqlar var. Anlaşılmazlıq olan yerdə isə, qərar vermək çox çətindir. Güclü namizədlərimiz, ziyalılarımız, keçmişdə daha yüksək vəzifələrdə işləyən partiyanın üzvləri  var. Rayonlarda da ilk seçkilər keçirmişik,  amma bu gün qəti qərara gələ bilmirik. Qəti qərara qələ bilməməyimizin də səbəbi ondan ibarətdir ki, partiyanın potensialı böyükdür, partiya bəzi risklərə gedə bilmir. Müəyyən danışıqlar aparılır, biz də nəticəni gözləyirik. Amma bu günkü vəziyyət mənim də ürəyimi ağrıdır. Partiyanın daxilində olan bu qalmaqallar, anlaşılmamazlıqlar məni də üzür. Bu birmənalı şəkildə partya sədri kimi mənə çox pis təsir edir. 

Hafiz Hacıyev: “Mən fikirləşirdim ki, Xanlar - Daşkəsən seçki dairəsindən namizədliyimi verim, amma hələlik heç bir qəti addım ata bilmirik. Yəni bu məndən də asılı deyil”.


Buna baxmayaraq bu iclası sabah da davam edəcəyik. Sabah bir qərara gəlinməsə, təcili olaraq  Siyasi Şuranın iclasın çağırıb növbədənkənar qurultaya getməliyik. Yəni partiyada çox böyük qalmaqallar var. Hətta mən fikirləşirdim ki, Xanlar - Daşkəsən seçki dairəsindən namizədliyimi verim, amma hələlik heç bir qəti addım ata bilmirik. Yəni bu məndən də asılı deyil, partiyanın Qurultayı, Siyasi Şurası var. Belə çox çətin bir vəziyyətdə qalmışıq və düşünürəm ki, vəziyyətdən çıxış yolun tapmaqdan ötrü müəyyən məsləhətləşmələr aparılmalıdır. 

Mən partiyanın İdərə Heyətindən, şüranın üzvlərindən, müavinlərimdən bir həftəlik vaxt istəmişəm. Çünki müəyyən məsləhətlər aparıb qəti qərara gəlmək lazımdı”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Ən çox oxunanalar